telefon

Telefonunuzun dinlənildiyini necə anlamalı? – 5 ÜSUL

Baxış sayı: 474

Əvvəlcədən onu deyək ki, mobil telefona təsəvvürünüzdə yaratdığınız antena, qurğu və s. primitiv yollarla qulaq asmaq mümkün deyil. Verilənlər bazası kanalı şifrə olunmur. Ona görə, bu cür qulaqsamaya yalnız xüsusi xidmət orqanlarının tapşırığı ilə mobil operatorlar “əl qoya” bilərlər. Amma iş yoldaşının, sevimli katibənin “izlənməsi” üçün yüksək texnoloji metodlar az deyil.

Hazırda internetdə qurbanın telefonuna gələnlər üçüncü istiqamətə yönləndirəcək proqramlar az deyil. Bu proqramlar vasitəsilə telefon danışıqlarına qulaq asmaq, sms-ləri oxumaq, coğrafi kordinatları müəyyən etmək, hətta telefondakı bəzi fotolara baxmaq da olar. Bəzi proqramlar “böcək” texnologiyası funksiyasını yerinə yetirir: Siz zəng edirsiniz, “qurban”ın ətrafında baş verən bütün söhbətləri eşidirsiniz. İstəyir məxfi görüş olsun, istəyir korporativ iclas.

Symbian və Windows Mobile əməliyyat sistemli telefonlar risq qrupuna daxildilər. iPhone-lar üçün də cəsas proqramalr var. Lakin bu telefonlar “sındırılmadan” proqram yükləmək mümkün deyil.

Sizə qulaq asırlar, sizi “böcək” izləyir, bu suallara cavab tapmaq asan deyil. Amma bəzi əlamətlər var ki, qulaq asmanı təsdiqləyə bilər.

komputer-telefon

1) Batareyanın yüksək temperatura qədər qızması. Əgər telefonun akkumlyatoru qızıbsa demeək o, sürətlə boşalır. Uzun müddətli söhbət zamanı bu mümkündür. Lakin telefona toxunulmayıbsa, amma o qızmaqda davam edirsə, telefon əziyyətlə işləyir, onu “cəsus” prqoramı ilə yükləyirlər.

2) Telefon akkumlyatoru sürətlə boşalırsa. Əgər telefondan istifadə edilmədiyi vaxtda sürətlə boşalırsa demək daxildə, təhlükəli “düşmən” qaçır. Ümumi götürsək, işlənmiş telefonun batareyasının tez boşalması normaldır. Amma yaddan cıxarmayın. Əgər bir həftə öncə 3 sutka dözən akkumlyator bu gün 1 suutkaya belə tab gətirmirsə, şübhələnməyə dəyər.

3) Söndürmə zamanı gecikmə. Bu məqama diqqət yetirin. Əgər telefon söndürülərkən proses uzun çəkirsə, ekran işıqlanması yanıb sönürsə, ümumiyyətlə, sönmürsə demək telefonda qonşunun qulağı var.

4) Ümumi şübhələr. Əgər telefon öz-özünə işıqlanırsa, ekran yanıb sönürsə, telefon “asılırsa”, proqramalr donursa, başqa proqrama girmək mümkün deyilsə, çox böyük ehtimal ki, nıəzarətdəsiniz. Təbii ki, burada əməliyyat sistemindəki nasazlıqlar da rol oyanay bilər. Hər halda bunu da qonşu qulağını da yaddan çıxarmaq olmaz.

5) Səs-küy və xətdə nasazlıq. Səs-küy nasazlıqları iki formada olur. Birincisi danışıq zamanı eşidilənlər, ikincisi telefon zənginə cavab verənə qədər audio aparatlardan gələn səslər. Birinci situasiyada . danışıq zamanı eşidilən xışıltı, çıqqıltı və digər oxşar səslərdir. Bəzən bu nasazlıqlar arada baş verir və telefonun texniki problemləri ilə bağlıdır. Amma bu nasazlıqlar daimi və fasiləsiz baş verirsə demək narahat olmağa dəyər.

İkinci situasiya, telefona zəng gələrkən audiocihazlardan gələn səslərdir. Adətən belə səslər daimi və fasiləsiz olursa mütəxəssislər belə hesab edirlər ki, cəsus proqram qoşulacağınız telefona artıq birləşib və səs də buna görə gəlir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir