bu pəhriz qış boyu orqanizmə yığılmış artıq maddələrdən xilas olmağa, bədənin tonusunu artırmağa, o cümlədən avitaminozun aradan qaldırılmasına yardımçı olacaq.
Pəhriz menyusu:
1-ci gün
Səhər yeməyi: üzüm və ya boranı ilə birlikdə yarma sıyığı, arpa çörəyi və çay
Nahar: tərəvəz şorbası, pörtləmiş kök, turp və soğan, qara gavalı və ya alma kompotu,
Şam yeməyi: qarabaşaq (üzərinə bal və ya zeytun yağı da əlavə etmək olar), limonlu çay
2-ci gün
Səhər yeməyi: üzüm və ya qaysı qurusu ilə yulaf sıyığı, meyvə salatı, yasəmən çayı.
Nahar: tərəvəz salatı (turp, kərəviz və alma), göbələk supu, tərəvəz qovurması və kompot.
Şam yeməyi: salat (alma, çuğundur və boranı) düyü, çay.
3-cü gün
Səhər yeməyi: tərəvəz salatı, düyü sığıyı qara gavalı ilə və çay.
Nahar: salat (alma, qara gavalı, çuğundur), gül kələmindən sıyıq, qızardılmış boranı və çay.
Şam yeməyi: salat (turp və kök) qarabaşaq, çay.
4-cü gün
Səhər: təbii yoqurt və ya meyvə şirəsi ilə myüsli, meyvə, çay
Nahar: salat (turp və kök), pomidorla birgə darı sıyığı.
Şam: pörtləmiş alma, ot çayı,
5-ci gün
Səhər: salat (boranı, alma və bal), boranı ilə darı sıyığı
Nahar: salat (çiy çuğundur, kök, boranı, alma və tərəvəz) tərəvəz şorbası, kompot
Şam yeməyi: salat (çuğundur, pomidor və sarmısaq) düyü, çay.
6-cı gün:
Səhər: yulaf sıyığı, çuğundur ikrası, yaşıl çayla bal
Nahar: salat (kök və digər tərəvəzlər), borş, pörtləmiş tərəvəz, pörtləmiş alma, meyvə şərbəti
Şam: Dəniz kələmi, pörtləmiş gül kələmi, çay
7-ci gün
Səhər: düyü sıyığı, meyvə salatı, ot çayı.
Nahar: salat (çuğundur, kök, cəfəri, sarmısaq), borş, gül kələmindən və qarabaşaqdan hazırlanmış kotlet və çay.
Şam: pörtlədilmiş tərəvəz ilə düyü, ot çayı.
/milli.az/