Təqaüdçülər daha sağlam olur – ARAŞDIRMA

Baxış sayı: 1. 279

Avstriya alimləri müşahidə apararaq belə qənaətə gəliblər ki, pensiyaçılar sağlamlığına daha çox diqqət yetirir, az siqaret çəkir, doyunca yatırlar.

Alimlər pensiyaya çıxan 25 min respondentin həyatında hansı dəyişikliklər baş verdiyini təhlil ediblər. Məlum olub ki, pensiyaya çıxanların çoxu yağlı və qızardılmış yeməklərdən, tez hazırlanan ərzaqlardan imtina edərək ev yeməklərinə üstünlük verirlər.

Mütəxəssislər hesab edirlər ki, pensiyaya çıxan insanın asudə vaxtı çox olduğu üçün həyatına yenidən nəzər salır. Pensiyaçı özünə, sağlamlığına, yeməyinə diqqət yetirməyə, idmanla məşğul olmağa, doyunca yatmağa başlayır. Nəticədə onun sağlamlığı möhkəmlənir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir