Amerikada yaşayan 7 yaşlı uşağın bədəni qoruyucu krem çəkmədən günəşə çıxdığı üçün tanınmaz hala gəlib. Şiddətli yanıq ağrıları olan uşağın yaxşılaşması üçün həkimlər əllərindən gələni edirlər. Belində böyük suluqlar əmələ gələn uşağın bədəninin bu hala düşməsinin günahkarı isə bağça müəllimdir. Tərbiyəçi uşağı saatlarla günəşin altında saxladığı üçün bədənində ağır yaralar əmələ gəlib. Adı açıqlanmayan 7 yaşlı uşaq 5 yaşlı qardaşı ilə birlikdə özəl bir xəstəxanada müalicə edilir. Uşaqların xalası 5-7 yaşlı uşaqların şəkillərini facebook sosial şəbəkəsində paylaşaraq onların çox ağrıdığını bildirib.