tv

Texnikanın sürətlə inkişafı ailə və uşaqlara necə təsir edir?

Baxış sayı: 2. 010
Müasir dövrdə texnikanın sürətlə inkişafı elektronik cihazları həyatımızın bir hissəsinə çevirdi. Nəticə olaraq kütləvi informasiya vasitələrinin artması ilə  həddindən çox informasiyaya məruz qalırıq. Bunun içində isə bizə lazım olacaqlar çox az hissə təşkil edir.
İlk öncə müsbət tərəflərini qeyd etmək doğru olduğunu düşünürəm. Bu vasitələr sayəsində biz asudə vaxtımızı seçdiyimiz program və ya filmə baxaraq maraqlı keçirə bilirik. Eyni zamanda uşaqlar üçün inkişafetdirici programlarda mövcuddur. Uşaqlarımızın inkişafında bizə yardımçı olur. Gənclərin əsas maraq dairələrindən biri olan futbol maçlarını evindən çox rahat şəkildə izləmə imkanı verir.
Ancaq bu proqram və xəbərlər çoxluğu onlar arasında rəqabətə səbəb oldu. Bu səbəblə insanları daha çox cəlb etmək üçün düşünülmüş addımlar atıldı. Bununda nəticəsində hazırda ölkəmizdə insanlara təsir vasitəsi kimi insan taleləri və ailədaxili münasibətlər gündəmə gətirilməkdədir. Bu ilk öncə ailə başçıları olan ata və anaya daha sonra isə uşaqlara mənfi təsir edir. Boşanma, ailə daxili krizlər hər bir cəmiyyətdə normal hallar hesab edilir. Boşanma iki insanın birlikdə olan həyatlarını paylaşmaq, davam etdirmək mstəmədiklərinin hüquqi və sosial əsasıdır. Bizim cəmiyyətdə bilavasitə KİV- nin səyləri nəticəsində boşanma və ya ailədaxili krizlər faciə və bədbəxtlik fonunda qəbul edilir. Belə olan halda tərəflər bir-birinə qarşı münasıbətlərdə çox aqressiv davranır, uşaqdan bir vasitə olaraq istifadə edirlər. Bu kimi hallarda ruh düşkünlüyünün olması normaldır. Lakin bu insanların bütüb həyatlarına təsir etməməlidir. Hər gün izlədiyi televiziya programlarında belə halları görən insanlar da hadisləri orda təqdim edildiyi kimi qəbul etməyə başlayır. Beləcə də bu kimi hallar ümumi qınaq formalaşır. Yanaşı olaraq insanlar mediada gördüyü modelləri həyatlarına tətbiq edir, hər hansı yüngül bir stuasiyanı problemə çevirir, prosesi mediada görüb məcburi şəkildə öyrəndiyi yersiz arqumentlərlə izah etməyə çalışırlar. Bununla yanaşı boşanma və intihar hadisələrinin  gün ərzində göz önündə olması insanların əhvalına mənfi təsir edir, ruh düşkünlüyü stress yaradır.
Mənfi informasiya bolluğundan ən çox əzyiyət çəkənlərdə uşaqlardır. Onlar görməməli olduqları hadisələri izlədikcə bu kimi hallar onlar üçün adiləşir. Onlara bir başa təsir edən proseslərlə yanaşı bu probelmləri canlı şəkildə ailədə daha tez-tez şahidi olan uşaqlar ünsiyyətdən qaçmağa başlayır, özünəinamı aşağı düşür, olanlardan özlərini günahkar hesab edirlər. Nəzarətsiz qalan uşağın mənfi sitiqamətlərə yönəlməsi daha da asanlaşır. Paralel olaraq həddindən artıq informasiya alan uşaq öz rəngli dünyasında yaşamaq məhrum olur, uşaqlığı yaşamadan böyüklük öyrədilir vənəticədə valideynlərdə gördüyü uşaq modelini öz övladlarından tələb edirlər. Belə məqamda uşağa bir şəxsiyyət kimi deyil, hər hansı bir model kimi baxılır. Nəticə olaraq monoton, öz hiss və fikirlərini ifadə edə bilməyən, özünəinam hissi aşağ olan bir nəsil yetişir. bu nəslin cəmiyyətə adaptasiyası çox çətin olur, bəziləri isə öz yerlərini tapa bilmirlər.
Hər ailə bir cəmiyyət, bir dövlət qurumudur. Hər bir ailənin də özünəməxsus qanunları var. Yaxşı nəticə verən prosesləri özümüzə tətbiq etmək təqdirə layiq haldır.Ancaq bizə verilən modeli olduğu kimi tətbiq etmək bizi sıradanlaşıdırır. Sıradan bir vətəndaş,sıradan monoton cəmiyyət anlamına gəlir. Bu həmdə ailə üzvlərinin şəxsi keyifyyətlərinin diqqətdən kənarda qalması deməkdir. Ona görə də hər ailə öz bilik və bacarıqlarına əsaslanaraq övladlarını tərbiyə etməli, bir-birilə qarşılıqlı münasibətlərdə də içlərindən gəldiyi kimi – hislərinə güvənərək öz şəxsi fikirləri əsasında davranmalı, lazım olduğu hallarda mütəxəssislərə müraciət etmələri məqsədə uyğundur. Unutmayın bu günün sağlam düşüncə ilə böyüyən uşağı sabahın savadlı həkimi. bacarıqlı müəssisə rəhbəri və ən əsası düzgün tərbiyə verə biləcək valideynidir.
Murad Akifsoy



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir