Texnoloji cihazlar bir çox üstünlükləri ilə bərabər bəzi ciddi mənfi təsirləri də bərabərində gətirir.
Gəlin mənfi təsirlərə nəzər salaq.
SAĞLAMLIQ PROBLEMLƏRİ:
* Yuxu rejiminin pozulması
* Psixoloji və emosianal təsirlər
* Diqqət dağınıqlığı və öyrənmə çətinliyi.
* Görmə problemləri
* Metobalik və çəki problemləri
* Nitqi və zehni inkişafın geriləməsi
* Neyron bağlantısının pozulması
* Qamət pozuntuları və s. bu kimi problemlərin yaranmasına səbəb olur.

Əsl problem MAVİ İŞIQLA başlayır. Bu işıqın məsum görünməsi sizi aldatmasın .
Mavi işıq (planşet,telefon,kompiyuter ekranlarından yayılan işıq) Bu işıq beyinin yuxu hormonu olan melatonin ifrazını ləngidərək yuxu rejimini pozur və ardınca zincirləmə bir pozulma meydana gətirir.
Uşaqlar və yeniyetmələr bu işığa böyüklərdən daha həssasdırlar.
* Yetərli qədər yuxu yatmayan uşaq və yeni yetmələrdə diqqət əskikliyi,öyrənmə çətinliyi,yaddaş zəifliyi,akademik göstərcilərin aşağı düşməsi,əhval ruhiyyənin tez-tez dəyişməsi,narahatlıq, yorğunluq və s.problemlərin əmələ gəlməsinə səbəb olur.
Gecələr ekran istifadəsi iştah hormonlarına (qrelin-aclıq hormonu, leptin toxluq hormonu) səviyyəsini pozur nəticə etibarilə iştahın artması, gecə aclıq hissi və çəki artımı riskini artırır.
Bədən gecələr bərpa rejiminə keçə bilmir bu isə imunitet sistemini zəiflədir. Xəstəliklərə qarşı həssaslığı artırır.Hətta saç tökülməsinə belə səbəb ola bilər.
* Uzun müddət ekrana yaxından baxmaq gözlərdə quruluq,yanğı,bulanıq görməyə səbəb olur. Gündə iki saatdan çox ekran qarşısında qalan uşaqlarda görmə problemləri yarana bilər.
* Xüsusilə 3 yaşa qədər uşaqlarda ekran qarşısında keçirilən vaxtın çoxluğu zehni və nitq inkişafını ləngidir.Passiv baxış real ünsiyyəti əvəz etdiyi üçün uşaqlar dil vərdişlərini kifayət qədər mənimsəyə bilmirlər.
* Həddindən artıq cihaz istifadəsi “rəqəmsal demensiya” yaddaş problemlərinə və beyinin məlumatı emal etmə qabilliyyətini zəiflədə bilər. Rəqəmsal rənglər və səslər uşağın viziual qabığını həddindən artıq stimullaşdırır, bu isə sosial vərdişlər üçün vacib olan eşitmə qabığına mənfi təsir göstərir. Ekran aslılığı beyinin qərar qəbul etmə, icraedici funksiyalarına və sosial emal üçün məsul olan bölgələr arasındakı bağlantını zəiflədir.
* Mavi ekranda məlumatın tez- tez dəyişməsi uşaq və yeniyetmələrdə diqqətin, dərin fokuslanma və konsentrasiya qabilliyətini azaldır.
Limitsiz ekran istifadəsi aslılıq yaratdığı üçün uşaq və yeniyetmələrdə emosianal partlayışlar əsəbi davranışlar,vurmaq ,qışqırmaq kimi reaksiyalar tez tez müşahidə olunur.

* Oturaq vəziyyətdə ekran istifadəsinin yaratdığı əsas qamət pozuntuları skolioz- onurğanın əyilməsinə və kifoz -kürəyin qabarmasına səbəb olur. Uşaq ekrana baxarkən başını önə əydikdə boyun əzələləri həddindən artıq gərginləşir bu boyun və çiyin nahiyyəsində xroniki ağrılar və qamətin önə doğru əyilməsinə səbəb olur.
0-3 yaşa kimi ekran istifadəsi tamamı ilə qadağandır (yalnız video zənglər istisna olmaqla)
3-5 yaş maksimum 1 saat (yüksək keyfiyyətli ,öyrədici məzmun)
Məktəb yaşı gündə maksimum 2 saat dərslərdən kənar istifadə üçün.
* Bütün ekranlar yatmazdan əvvəl ən azı 1-2 saat öncə söndürülməlidir.Bu daha dinc yuxu daha güclü imunitet sistemi və daha balanslı uşaq deməkdir.
* Digər önəmli bir məqam isə “təki sakit qalsın məndə işimi görüm””ağlamsın başı qarışsın” deyə uşağa telefon vermək valideynlərçün bəzən rahat bir çıxış yolu kimi görünsə də, bu vərdiş uşaqların əqli (zehni , nitqi) və fiziki inkişafına nə qədər mənfi təsir göstərəcəyini bilməmələridir.
* Uşaq ağlayarkən telefon verildikdə o ,öz duyğularını (əsəb -kədər darıxma) idarə etməyi öyrənə bilmir.Beyni “ağlayıramsa dərhal əyləncə gəlməlidir” qanununa öyrəşir. Nəticədə uşaq gələcəkdə ən kiçik bir problemdə belə özünü sakitləşdirə bilməyən səbirsiz bir fərdə çevrilir.
* Telefon bu vəziyyətdə bir növ “susdurucu” rolunu oynayır. Uşaq hər ağlayanda istediyini aldığı üçün bu davranışı manipuliyasiya vasitəsi kimi istifadə etməyə başlayır. Bu isə texnoloji asılılığın təməlini qoyur.
* Uşaq ağlayanda əslində valideynə bir mesaj verir.”Mənə diqqət ayır”, “Mən acmışam”, “yorulmuşam ” və ya “Məni qucaqla”. Biz uşaqlar ağlayanda “sussun” deyə, yeniyetmələr kefsiz olanda sanki onları düşünürmüş kimi telefon verəndə onlarla aramızdakı ünsiyyət kanalın bağlamış oluruq.

BƏS NƏ ETMƏLİ?
* İlk öncə diqqəti ekrandan çəkmək üçün bəzi oyunlar və məşğuliyyətlərdən istifadə etmək məsləhətdir.
Onun sakitləşməsini gözləyin, yanında olduğunu hiss etdirin amma şərtinə təslim olmayın. Diqqətini başqa yerə çəkin. Məs: kitab oxumaq, bir yerdə rəsm çəkmək, sevdiyi oyuncaqlarla onunla bərabər oynamaq və ya sadəcə pəncərədən çölə baxmaq , telefonu əvəz edə biləcək daha sağlam üsuldur. Qısası əziz valideynlər, telefon uşağı sakitləşdirmir sadəcə dondurur. Real sakitləşmək isə valideynin səbri və sevgisi ilə mümkündür.
Könül Bağırova
Klinik Refleksoterapevt, Sensor İnteqrasiya mütəxəssisi və Reabilitoloq













































































































































































Həqiqətən texnoloji cihazların uşaqların zehni və fiziki inkişafına təsir etdiyini gözlərimlə görürəm. Ekran qarşısında çox vaxt keçirmələri, həmçinin diqqət dağınıqlığına səbəb olur
Telefonu uşağa sakitləşdirici vasitə kimi vermək heç də düzgün deyil. Bu, onları daha əsəbi edir və gələcəkdə səbirsiz olurlar. Bu barədə çox düşünmək lazımdır.
Çox gözəl izahlar verirsiniz gözəl xanım
Təşəkkürlər 🙏
Bizi düşündüyünüz üçün çox sağolun
Mavi işığın təsiri haqqında yazılanlar çox doğru. Mən özüm də çox gecə ekran qarşısında qalanda yuxusuzluq yaşayıram, uşaqlara bu cür təsir daha güclü ola bilər.