1. Hər yerdə maraqlı şəkillər,videolar çəkərək, hər şeyi ictimai media ilə paylaşanları anlamırlar və daim ”bu insanların işi- gücü yoxdur, görəsən?”sualı ətrafında düşünürlər.
2. Dost məclislərində “Xəbəriniz var, filan telefonun yeni modeli artıq satışdadır” kimi mövzulardan bəhs olunduqda, sıxılırlar və özlərini narahat hiss edirlər.
3. Gündəmdə qalmaq məqsədi ilə “Twitter” və “Facebook” kimi sosial şəbəkələrdə qeydiyyatdan keçirlər, ancaq parolu bir müddət sonra unudurlar və illərlə istifadə etmirlər.
4. “Sənin “Twitter”ın var?” kimi suallara: “Var, amma çox istifadə etmirəm, unuduram”-cavabını verirlər.
5. Bəzən sırf yaşına görə, ailədə hər kəs texnologiya ilə bağlı bütün sualları ona verər və bu vəziyyət onları çox sıxar, “bilmirəm” deməyə utanarlar.
6. Mütəmadi yeni çıxan telefon, kompüter, video oyunlarından xəbərsiz olurlar.
7. İllər əvvəl aldığı və dəyişdirmək üçün heç bir səbəb görmədiyi telefonu haqqında dostlarının“ Artıq bunun, yenisi çıxıb“ kimi sözlərinə təəccüblənirlər. Çünki, “Telefon, əgər normal işləyirsə, yenisini almağa nə gərək var”- deyə düşünürlər.
8. Ən məşhur video oyunlarından həyəcanla bəhs edən insanlara anormal reaksiyalar verirlər.
9. Texnologiyadan anlamayanları qınayan insanlara nifrət edirlər.
10. Ağıllı telefonlar kimi texnoloji alətlərdə problem olduğu zaman, dərhal: “Sən bilərsən, buna nə olub?”- deyən qohum- əqrəbalardan, bacardıqca, uzaq durmağa çalışırlar.
GeriHəftədə ən az 3 dəfə nanə yemək orqanizmdə bunları edir - FAYDALARI
İrəliGöz makiyajının ən vacib sirrləri