desertler

Tez hazırlanan şokoladlı desertlər

Baxış sayı: 2. 133

Bəzən ürəyimiz şirniyyat istəyir, amma uzun vaxt apardığı üçün tənbəllik edənlər də az deyil. Bunu nəzərə alaraq, sizə tez hazırlanan desertlər təqdim edirik:

 

Fincanda mafi

Tərkibi:

3 x/q. un

1 ç/q. üyüdülmüş qəhvə

2 x/q. kakao tozu

2,5 x/q. şəkər tozu

1/4 ç/q. qabartma tozu

2 x/q. süd

1 ədəd  yumurta

2 x/q. bitki yağı

2/1 ç/q. vanil
Hazırlanması:

Əvvəlcə un, üyüdülmüş qəhvə, kakao tozu, qabartma tozu və şəkər qarışdırılır. Süd, yumurta, yağ və vanil əlavə edilir. Bərk xəmir alınana qədər çəngəl ilə qarışdırılır. Alınan məhlul yağlanmış fincana əlavə edilərək 90 saniyəlik mikrodalğalı sobaya yüksək dərəcədə qoyulur. Vanilli dondurma ilə süfrəyə verilə bilər.

Tünd şokoladlı desert

Tərkibi:

200 qr. tünd şokolad

500 qr. südlü şokolad

400 qr. nutella

150 qr. fındıq

Hazırlanması:

Şokoladı əritdikdən sonra onu fırça ilə qabın dibinə və divarlarına çəkin. 2 dəqiqə soyuducuda saxlayın. Fındığı xırdaladıqdan sonra onu südlü şokolad və nutella ilə qarışdırın. Sonra dibinə şokolad çəkdiyiniz qaba tökün. Qabın ağzına qida plyonkası çəkib soyuducuda 3 saat saxlayın.

Qozlu şokolad

Tərkibi:
200 qr. peçenye

100 qr. qoz-fındıq (yaxud keşyu)

50 qr. ağ şokolad

250 ml. 30-35%-li qaymaq

2 x/q. bal

400 qr. tünd şokolad

100 qr. kərə yağı

Kakao tozu (üstünə səpmək üçün)

Hazırlanması:

Peçenye, qoz və ağ şokoladı əlinizlə xırdalayın.Tünd şokoladı xırda doğrayın, ya da əlinizlə bir qədər iri tikələrə bölüb qaba yığın.Tavaya qaymaq, kərə yağı və bal qoyun. Ocağın üstünə qoyub, qarışdıra-qarışdıra qaynara düşənəcən gözləyin və tünd şokoladın üstünə tökün, şokolad əriyənədək qarışdırın. Peçenye, qoz və ağ şokoladı əlavə edib qarışdırın. Bu qarışığı içinə qida plyonkası çəkilmiş kənarları açılan formaya tökün. Soyuducuda 3 saat saxlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir