ariqlamaq

Tez və səmərəli arıqlamağın sirri – “30-30-30” qaydası

Baxış sayı: 440

Son zamanlar ən çox müzakirə olunan “30-30-30” üsulu sağlam vərdişlər formalaşdırmağa və arıqlamağa kömək edir.

Bu barədə “The Conversation” nəşrinə ekspertlər məlumat veriblər.

Metod, oyandıqdan sonra 30 dəqiqə ərzində 30 qram zülal qəbul etməyi, ardınca 30 dəqiqə aşağı və ya orta intensivlikdə aerobikanı tələb edir. Bu yanaşmanın tərəfdarları iddia edirlər ki, bu üsul əzələləri qoruyarkən arıqlamağı sürətləndirir.

Zülal hüceyrələr üçün bir növ tikinti materialıdır. Müntəzəm olaraq idman edən və ya arıqlamaq istəyən insanlara gündə hər kiloqram bədən çəkisi üçün 1,2-2 qram protein istehlak etmələri tövsiyə olunur. Tədqiqatlar göstərir ki, yüksək protein pəhrizləri (bədən çəkisinin hər kq üçün 2 qramdan çox protein) arıqlama zamanı əzələlərin saxlanmasına kömək edir.

Əksər insanlar səhər yeməyində tost, taxıl, bişmiş məhsullar və ya digər karbohidratlara daha çox üstünlük verirlər. Bu qidaların tərkibində demək olar ki, heç bir protein yoxdur. Buna görə də yuxudan oyandıqdan sonra 30 dəqiqə ərzində 30 qram protein yemək ümumi protein qəbulunuzu artırmağa kömək edərək sizə enerji verəcək və gün ərzində daha az qida qəbuluna şərait yaradacaq.

Adətən səhər idmanının arıqlamağa və ürək sağlamlığını yaxşılaşdırmağa kömək etdiyini deyirlər. Bununla belə, bir çox təcrübələrə əsasən məşq vaxtının sağlamlıq və ya fitnes üçün heç bir əhəmiyyəti yoxdur. İdman etmək üçün günün ən yaxşı vaxtı insanın müntəzəm olaraq məşq etməsinə imkan verən vaxtdır. “30-30-30” metodu da o deməkdir ki, məşq intensivliyi aşağı və ya orta olmalıdır. Bununla belə, təcrübələr göstərir ki, yüksək intensivlikli məşqlər heç də az təsirli deyil.

Bu yanaşmanın tərəfdarları 30 dəqiqəlik məşqləri də tövsiyə edirlər. Məşqin uzunluğu müəyyən miqdarda kalori yandırmağa və ürək-damar sağlamlığınızı yaxşılaşdırmağa imkan verir.

“30-30-30” metodunun əsas faydası birlikdə sağlamlığa və arıqlamağa kömək edə biləcək vərdişlərin formalaşmasıdır. Bu yanaşma öz-özünə arıqlamağınıza kömək etməyəcək, lakin sağlam qidalansanız və gün ərzində aktiv olsanız, bu, prosesi asanlaşdıra bilər.

 

Cəmilə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir