Tibbdə inqilabi yenilik

Baxış sayı: 2. 514

3D çap texnologiyası ilə insanın döş sümüyü və qabırğalarının inplantantı çap olunub. Bunu Avstraliyanın 3D çap texnologiyalarının hazırlanması və tətbiqi ilə məşğul olan “CSİRO” şirkəti həyata keçirib. Döş sümüyü və qabırğalar titan materialından “tökülüb” və xərçəng xəstəliyindən əziyyət çəkən 54 yaşlı xəstəyə implantasiya edilib.

“Hi-news.ru” saytının xəbərinə görə, döş sümüyü və qabırğalar geometrik formaya malik olduğuna görə implantasiya üçün daha çox istifadə edilən düz implantantlar vaxt ötdükcə zəifləyə bilər. Bu səbəbdən ispaniyalı cərrahlar qərara alıblar ki, döş qəfəsinin sarkomasından əziyyət çəkən 54 yaşlı ispanın anatomik xüsusiyyətləri nəzərə alınmaqla titan materialından 3D çap implantantı ən yaxşı çıxış yoludur.

Həkimlər implantantın konfiqurasiyası sayəsində onu insanın döş sümüyünün sağlam sümüklərinə xüsusi vintlərlə bərkidiblər. Əməliyyat uğurlu keçib və 12 gün sonra xəstə evə buraxılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir