Nermine Abbasova

Tik xəstəliyi və tiklərlə davranış haqqında bilmədiklərimiz

Baxış sayı: 453

“Tik, istəməyərək, ani olaraq özünü göstərən və müəyyən xüsusiyyətləri ilə təyin olunan, hər hansı bir məqsədə xidmət etməyən əzələ sıxılmalarıdır. Hərəkət çox vaxt refleks halında adamın fərqində olmadan təkrarlanar”.

Bu sözləri MayoMed Medikal Fizioterapiya vətər Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi  Nərminə Abbasova tik xəstəliyi ilə bağlı danışarkən deyib.

Nərminə xanım qeyd edib ki, ümumiyyətlə, tiklər bədənin müxtəlif hərəkətlərində özünü göstərir. Onlar bunlardır:
üz əzələlərinin davamlı hərəkəti, alt göz qapağının aşağıya doğru tez-tez hərəkəti, göz qapaqlarının çox açılıb bağlanması şəklində, göz qırpmalar, yanaq əzələlərində yaranan tiklər, boyun əzələlərində yaranan tiklər, əsəbi kökdən gələn öskürmələr şəklində yaranan tiklər, lazım olmadığı halda tez-tez burun çəkmə və üst dodaqla edilən tiklər, udqunma və udurmuş kimi hərəkət etmə, boğaz təmizləyər kimi hıçqırmaq, boğaz təmizləməyə məcbur etmə tikləri, çiyin çəkmək, barmaq çatlatmaq, dizini və ayaqlarını yelləmək, tez-tez gözlərini alışmamış şəkildə ayırmaq, qollarını və ayaqlarını yelləmək, qulaqları oynatmaq, qaşları tez-tez qaldırıb endirmə.

 


Nərminə xanım səbəblərdən də bəhs edib. Bildirib ki, tiklər uşağın duyğusal vəziyyəti ilə möhkəm əlaqəlidir:

“Ortaya çıxması ümumiyyətlə həddindən artıq bir həyəcan, qorxu və ürkmə yaradan bir hadisədir. Tik inkişaf etdirməyə meylli olan uşaqlar ümumiyyətlə narahat, qayğılı, gərgin uşaqlardır. Bir çoxunun ana-ataları da vasvası, qaydaçı kəslərdir. Uşağa möhkəm nəzarət edərlər. Bu tərz yetişən uşaq kobud rəftaredici bir hadisəyə reaksiya olaraq tik inkişaf etdirə bilər. Məsələn: Bir əməliyyat, üzə vurulan bir yumruq, ürküdücü bir hadisəyə şahid olma, qəzalar tiki meydana gətirə bilər.
Tiklərin digər bir səbəbi də təqliddir. Bəzən kiçik yaşlarda uşaqlar ana-ata və ya müəllimlərin bəzi hərəkətlərini təqlid edə bilərlər. Sonra bu vərdiş halına çevrilər. Lakin onu şüuraltı impulslarla xaric edirlər. Məsələn: Davaçı, təcavüzkarlıq göstərmək istəyənlərin bu hərəkəti etmədiyi üçün davamlı olaraq əl və qol hərəkətləri bunun nümayəndəsi ola bilər. Kiçik tiklər ümumiyyətlə keçici tiklər, xüsusi bir qayğı və baxım tələb etməzlər. Ciddi və ağır tiklər davamlılıq göstərirlər”.

Həkim deyir ki, tikler tamamlanmamış bir hərəkətin nümayəndəsi ola bilər. Onun sözlərinə görə, uşaq bu tamamlanmamış hərəkəti istənməyən bir davranış olduğu üçün açıqlaya bilməz. Nərminə xanım vurğuladı ki, müxtəlif yaş dövrlərində meydana çıxmasına baxmayaraq problem müəyyən bir yaş dövründə özünü daha qabarıq büruzə verir ki, bu da 3-6 (uşaqlıq böhranı) və 12-15 (yeniyetməlik böhranı) yaşa təsadüf edir:

 

“Əsasən bağça, məktəb kimi yeni mühitə adaptasiya dövründə uşaqların rastlaşdığı çətinliklər tiklərin yaranmasına yol aça bilər. Bəzən tiklər barəsində məlumatsız olan valideynlər uşaqları hərəkəti təkrarlamaması üçün tənbeh edirlər. Lakin belə hal müşahidə olunduqda uşaqla düzgün davranış forması seçilməlidir. Əks halda bu problem daha da dərinləşməsinə səbəb ola bilər. Uşağın ailədəki, məktəbdəki və yaxınları ilə olan qarşıdurmaları və bunların səbəblərinin araşdırılaraq ortadan qaldırılması uyğun və köklü tədbirlərdir. Təqlid etməkdən, uşağın diqqətini çəkməkdən, tənqid etməkdən, yaşıdları ilə müqayisə etməkdən çəkinilməlidir. Qabiliyyətlərini yaxşıca təyin etmədən bir çox dərslərdə daha müvəffəqiyyətli olmağa məcbur etməkdən çəkinmək lazımdır. Təhqir, danlama və bu uşaqlara əl qaldırılması tiklərin daha da artmasına və buna yoldaşlıq edən bir ardıcıl duyğusal pozuntuların ortaya çıxmasına səbəb ola bilər”.

Ailə həkimi onu da bildirdi ki, ana-atanın uşağın bu halından utanması və uşağı utandırması müsbət bir tədbir deyil. Onun sözlərinə görə, davamlı olaraq ana-atanın uşağı öz arzularına və qaydalarına uydurmağa çalışması səhv bir tədbirdir:

 


“Gərginlikləri, narahatlıqları azaltmaq və yatırmaq üçün dərmanlar faydalı ola bilər. Sakitləşdirici təsir göstərərək hərəkətləri asanlaşdırar. Yalnız həkim tövsiyə etsə dərman verilməlidir. Öncəliklə ana və atanın davranışları və uşağın çətinliklərinin azaldıcı istiqamətdə müalicə alınması olmalıdır”.

Nərminə xanım qeyd etdi ki, sevindirici haldır ki, problemin göstəriciləri yeniyetməlik dövrünün bitməsi ilə azalır:

“Yetkin insanda sindromun bəzi əlamətləri qala bilər. Bunlar tiklər, koprolaliya və depressiya, panik atak, əhvalın oynaması, antisosial davranış kimi bəzi psixi pozuntulardır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir