zumrud H

Toksik münasibətimin olduğunu necə ayırd edə bilərəm? – “SEANS VAXTI”

Baxış sayı: 565

Münasibətdə gözləntimiz emosional olaraq tamamlanmaq, sevilməkdir. Hər münasibətdə müəyyəm krizlər olur və bunun sağlam şəkildə öhdəsindən gəldikdə güclü yola davam edilə bilir. Amma bəzən özünüzü bir fırlanan bir çevrənin içində hiss edə bilərsiniz. Dostlarınızla, sevdiklərinizlə vəya psixoloqlarla danışmaq istəyirsiniz. Nə baş verdiyini anlamaya bilərsiniz, lakin hissləriniz sizə doğru informasiyanı verir.

Bu zaman belə düşünə bilərsiniz; Sizi sevən insan pis davranış və sərt sözlərlə sizi incitməyə çalışmazdır.

Münasibətinizdə sözlü, emosional taciz, manipulyasiya, nifrət, günahlandırma, özünə zərər vermə, narsist yanaşma, aldatma, zərərli vərdiş- hər hansı biri varsa, bu münasibət toksik münasibətdir.

Partnyorunuzun olduğu kimi olmamasının fərqində olmaq xəyal qırıqlığı ola bilər. İlk başlarda bu hallar görməzdən gəlinərsə, özünüzü daima məsələləri həll etməyə çalışan mövqedə görərsiniz.

Cütlüklərdən hər hansı birinin by tip davranışlarının olmasının səbəbi nə ola bilər? Həmin şəxslərin şəxsiyyətində hətta patologiyalara belə rast gəlmək olur. Eyni zamanda özünüzə sual verin:” Sizi bu münasinətdə saxlayan şey nədir?” Toksik münasibətin içində olub və bunu dərk etdiyiniz zaman etməli olduğunuz şey, dönüb özünüzə baxmağınızıdr.

 

Zümrüd Haqverdiyeva

Peşəkar Psixoloqlar İctimai Birliyi”nin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir