turkeltv_logo

Tovuz televiziyasından başı kəsilən qız barədə möhtəşəm şərh – VİDEO

Baxış sayı: 3. 020

Bu günlərdə bir bacının digərinin başını kəsməsi faktı ölkə gündəmini tutub.

Oktyabrın 22-də Bakıda dəhşətli qətl hadisəsi baş verib. Xətai rayonunda, Xudu Məmmədov küçəsi 18 ünvanında yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. Əvvəlcə qətli kimin və hansı məqsədlə törətdiyi bəlli olmayıb. Yalnız onu müəyyən etmək mümkün olub ki, Günel Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.

Pərvanə bacısı Güneli öldürdüyünü sonda etiraf edib. Hadisə ilə bağlı danışan Pərvanə bacısı Günellə aralarında konfliktin baş verdiyini deyib. Nəticədə Pərvanə çarpayıda uzanan bacısının kürəyinə bıçaqla zərbə endirib. Bu zaman Günel bacısına müqavimət göstərməyə başlayıb. Sonra dəhlizdə bacılar arasında dava qızışıb. Günel bıçağı bacısının əlindən ala bilməyib.

Nəticədə Pərvanə bacısına bir neçə bıçaq zərbəsi endirib, ardınca isə onun boğazını kəsib. Güneli öldürdükdən sonra Pərvanə bıçağı təmizləyərək onu yerinə qoyub. Bacısının mobil telefonunu götürən Pərvanə öz paltarının qan ləkələrini itirmək üçün onu paltaryuyan maşına atıb. Və heç nə olmamış kimi evdən çıxaraq musiqi məktəbinə yollanıb.

Məsələ ilə bağlı müxtəlif fikirlər səsələndirildi, müxtəlif şərhlər verildi. Ancaq bu təhlillərin içində, şübhəsiz, ən maraqlısı Tovuz Televiziyasının şərhidir. Həmin şərhi diqqətinizə çatdırırıq:




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir