ayaqagrisi

Toxumalar ac qalanda ayaqlar əziyyət çəkir

Baxış sayı: 3. 847

Kişilərin çoxu stresdən çıxış yolu kimi nikotin və alkoqola üz tuturlar. Bu meyl isə damarların (xüsusən qıçlarda) spazmı doğurur. Arteriyalarda qan hərəkətinin zəifləməsi qan dövranını, həm də toxumalara oksigenin çatldırılması zəifləyir. Oksigen aclığının nəticəsi isə – ciddi xəstəlikdir: obliterirasiyaedici endarteriit.
Yenə də damarlar
Obliterirasiyaedici endarteriit (trombangit, Bürger xəstəliyi) – damarların davamlı spazmı nəticəsində yaranan qıç arteriyalarının iltihab xəstəliyidir. Bu xəstəliyin inkişafına stress, siqaretçəkmə və bədənin soyuması təkan verir.
Ay ayağım, vay ayağım!
Xəstəlik ayaq barmaqlarında üşümə, gizildəmə və göynəmə hissi ilə başlayır. Yeriyərkən baldırlar ağrıdır. Bəzən dabanlar keyiyir. Əgər bu əlamətlərə diqqət yetirilməzsə, vaxt keçdikcə barmaqlarda yaralar açılır. Xəstəlik sürətlə inkişaf edir: qıçlar sancır, daban, baldır və hətta bud arteriyaları zədələnir. Təcili müalicəyə başlamaq lazımdır! Əgər trombangit müalicə olunmazsa, onun fəsadlarının qarşısını almaq mümkün olmayacaq!
Hərəkət, hərəkət, hərəkət!..
Başlanan xəstəliyin ilk əlamətləri özünü göstərən kimi onun müalicəsinə başlamaq lazımdır. Erkən mərhələdə xəstəliyin profilaktikasından ötrü Tibet monaxlarının xüsusi sağlamlaşdırıcı kompleksindəki təmrinlər əla uyğun gəlir:

Çıxış vəziyyəti – uzanan halda: sağ qıçınızı gövdənizlə düz bucaq altında qaldırın, 12 saniyə saxlayın, sonra da pəncənizi 42 dəfə silkələyin və yavaş-yavaş (çox yavaş!) aşağı salın. Eyni hərəkəti sol qıçınızla da təkrar edin. Sonra hər iki qıçınızı və qolunuzu gövdənizə düz bucaq altında qaldırın və 12 saniyə saxlayın, 42 dəfə biləklərinizi və pəncələrinizi silkələyin. Bu təmrini səhər və axşam 5-10 dəfə yerinə yetirin.
Bir ay ərzində gündə iki dəfə yeməkdən onra bir aevit kapsulu qəbul edin.
Bundan başqa, spazmın yaranma səbəblərini aradan qaldırın:
• Çəkdiyiniz siqaretlərin sayını getdikcə azaltmağa, ya da ümumiyyətlə, siqareti tərgitməyə çalışın.
• Ayaqlarınızı soyuqdan qoruyun.
• Ağrılar başlayanda spazmolitik dərman qəbul edin.
İynəyarpaq, dərgil, bir də soğan qabığı
Küknar, ya da şam ağacının, yaxşı olar ki, builki iynəyarpaqlarını yığın. 5 xörək qaşığı xırdalanmış iynəyarpağı, 3 xörək qaşığı xırdalanmış dərgil (itburnu) meyvəsini və 2 xörək qaşığı soğan qabığını qarışdırın. Üstünə 3 stəkan soyuq su əlavə edib, qaynara düşəndən sonra 10 dəqiqə vam odun üstündə pörtün. Bir gecə tersmosda saxlayıb süzün. Sutka ərzində su əvəzinə 2-3 stəkan için. Müalicə kursunun müddəti 4 aydır, kursu ildə iki dəfə təkrar etmək lazımdır.
Qaranquşotu ki var…
Ta qədimdən el təbibləri qaranquşotudan (suşenitsa) trombangitin ağır formalarının müalicəsində istifadə ediblər. Maraqlıdır ki, qaranquşotu ilə müalicə üç formada aparılır: vanna, sürtmə və daxilə qəbul.
Cunadan tikilmiş kiçik torbaya 3 stəkan qaranquşotu töküb, ağzını bağlayın. İri emallı qazana və yaxud vedrəyə 10-12 litr su tökün, torbanı da suya salın, 15 dəqiqə qaynayandan sonra 20 dəqiqə yerdə saxlayın. Torbanı çıxarıb yüngülcə sıxın və soyuducuya qoyun (onu hələ daha 3 vanna üçün də istifadə etmək olar). Suyu 35-360C-dək soyudun və ayaqlarınızı 25 dəqiqə vanna edin. Ayaqlarınızı günaşırı bu vannaya qoyun. Müalicə kursu – 16 prosedurdan, xəstəliyin ağır forması zamanı isə – 24-32 prosedurdan ibarətdir.

Qaranquşuotu mazı
Günaşırı (vanna qəbul edilməyən gün) maz ilə kompres edilir. Maz bu cür hazırlanır: möhkəm pambıq parça, ya da giş torbaya 1 stəkan ot tökün, ağzını bağlayıb emallı qazana qoyun, qazana 1 litr su töküb 15 dəqiqə qaynadın, 20 dəqiqə də yerdəmi almasını gözləyin. Torbanı yaxşıca sıxın, otu tullayın. Məhlula 400 qram duzsuz kərə yağı əlavə edib su tamam buxarlananadək aramsız qarışdırmaqla qaynatmağa davam edin. Ayaqlarınıza aşağıdan üzü yuxarı, dizədək yumşaq hərəkətlə bu mazı sürtün. Əgər açılmış yaralar varsa, bu zaman tənzifə bol maz yaxıb yaranın üstünə qoyun, tənziflə sarıyıb isti bükün.
Bu prosedurları gecə yatmazdan əvvəl edin (sarğını tarım çəkmək olmaz). Əgər səhər işə getmək lazımdırsa, tənbəllik etməyin, saatın zəngini saat 3-ə qoyun və qalxıb sarğını açın – prosedur ilə evdən çıxma vaxtı arasında azı 4-6 saat keçməlidir.

Ayaqlarımızın sağlığına!
1 xörək qaşığı qaranquşotunu torbaya səpin. Emallı qaba qoyub üstünə 1 litr su əlavə edin.15 dəqiqə qaynatdıqdan sonra 20 dəqiqə yerdəmi almasını gözləyin, torbanı möhkəm sıxın, otu isə atın. Gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl ½ stəkan için. Müalicə kursu 2 aydır.
Həm mazı, həm də dəmləməni bir ay- ay yarım soyuducunun aşağı rəfində saxlamaq olar.

ayaqagrisi

Kişilər blisəydilər ki… 
… açıq rəngli pivə mədə şirəsinin turşuluğunu artırır, o zaman pivə bokalını əllərinə almazdan əvvəl düşünərdilər. Əgər yüksək turşuluqlu qastritdən əziyyət çəkdiyiniz halda bu köpüklü içkidən də imtina etmək istəmirsinizsə, tünd rəngli pivəyə üstünlük verin. Əgər turşuluq aşağı və ya neytral səviyyədədirsə, açıq rəngli pivədən imtina etməyə dəyməz.
… soya potensiyanın azalmasına səbəb ola bilər, bu zaman Uzaq Şərq mətbəxinə çox da həvəs göstərməzdilər. Alimlər müəyyən ediblər ki, soyanın tərkibinə daxil olan mikroelementlər orqanizmin hormonal fonunu dəyişdirir. Buna görə də ənənəvi olaraq, soya yemək və souslarından bol istifadə edilən Çin, yapon mətbəxinə çox da meyl etmək lazım deyil.
… ovuc heç də həmişə «pul» ilə bağlı qaşınmır, o zaman ovuc qaşınan kimi maliyyə planı cızmazdılar. Ovucda reflektor zonalar çoxdur, buna görə də bu və ya digər nahiyəni qaşımaq istəyi hansısa xəstəliyin başlanğıcından xəbər verə bilər. Məsələn, əgər sol ovucdakı Venera təpəciyi (baş barmağın başlandığı nahiyə) daim qaşınırsa, – ürəyinizi yoxladın. Əgər sağ ovcunuzun ortası qaşınırsa, – mədə ilə bağlı, sol ovcun həmin nahiyəsi qaşınırsa, – bağırsaqlarla bağlı problem baş qaldıra bilər.
… yüklənmə zamanı (uzunmuddətli gəzinti, pilləkənlə yuxarı qalxmaq və i.a.) bud əzələlərində hiss olunan ağrı – heç də pis fiziki formanın pisləşməsi əlaməti deyil, canlarının qədrini daha yaxşı bilərdilər. Sadəcə, ürəyiniz sizə işarə edir ki, işləyən əzələləri qanla təchiz etməyə gücü çatmır. Odur ki, əgər budlarınızda müntəzəm olaraq ağrı hiss edirsinzisə, kardioloqa baş çəkin.
… qadınlar gözlüklü kişilərə müxtəlif cür yanaşırlar, o zaman zahiri görkəmlərinə daha çox diqqət yetirərdilər. Belə ki, qadınlar arıq, cılız və gözlüklü kişiyə biganə qalıb yuxarıdan aşağı baxdıqları halda, qamətli, fiziki cəhətdən möhkəm olan gözlüklü kişi onların gözündə çox cazibədar görünür. Odur ki, əgər həkim sizə gözlük taxmağı məsləhət görübsə, görkəminizin qayğısına qalın. Əlbəttə, əgər xanımların xoşuna gəlmək istəyiniz varsa…
… barmaqlarda nəyisə – alışqanı, açar brelokunu oynatmaq vərdişi çox faydalıdır, bundan əl çəkməzdilər: bu hərəkət barmaq yastıqcıqlarındakı aktiv nöqtələri masaj edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir