TOY

Toy adətləri haqqında nələri bilirik?

Baxış sayı: 828

Ağ gəlin paltarı

1499-cu ildə Britanıyalı Anna toya ağ rəngli gəlinlik libası geyməyi dəb saldı. Ondan əvvəl bütün gəlinlər toya yalnız ən gözəl paltarlarını geyirdilər və rəngin heç bir əhəmiiyəti yox idi.

 

Duvağın yaranması

Əvvəllər dünyanın bir çox yerində gəlinlər üzlərinə parlaq rəngli örtüklər örtərdilər və belə fikirləşirdilər ki, bu örtük gəlini pis ruhlardan qoruyur. Yunan və Romalı gəlinlər şər ruhları və şeytanı qovmaq üçün sarı və qırmızı (od rəmzi) örtüklər örtərdilər. Hətta iş o yerə gəlibmiş ki, bir vaxtlar Romada hamı qırmızı örtüklə gəzirmiş. Avropa ölkələrində isə bəyin gəlini görə bilməməsi üçün bu örtükdən istifadə edirdilər. Nəinki bəy gəlini görə bilmirdi, heç gəlin özü belə bu örtükdən ətrafı görmürdü. Elə ona görə də atası gəlinin əlindən tutaraq onu bəyin yanına aparırdı. (İndi Avropa gəlinləri örtüklü olmasalar da atanın qızı ilə getməsi hələ də qalır)

 

Nişan üzüyünün düzgün taxılması

Yunanıstanda nişan üzüyünün taxıldığı barmaq şəhadət barmaq idi. Hindistanda isə bu üzüyü baş barmağa taxırdılar. Bəzi Afrika ölkələrində üzüyü orta barmağa taxırdılar. Sonradan yunanların da təsiri ilə qərbdə üzüyü üçüncü barmağa taxmaq dəb halını aldı. Bu səbəb ilə üçüncü barmaq ürəyə daha yaxın hesab edilirmiş…

 

Toy gülləri

Əvvəllər gəlinlər özləri saçlarını güllərlə bəzəyərdilər. Saça taxılan hər gülün öz mənası var idi. Toy bitəndən sonra gəlin və bəyə hər tərəfdən güllər atılırdı. Bu adət orta əsrlər dövründən qalıb.

Toy

Brilliant nişan üzüyü

Kral Maksimilian çox sevdiyi Meriyə sevgisinin rəmzi kimi bahalı brilliant üzük bağışladıqdan sonra varlılar arasında toyda brilliant üzük vermək dəbə düşür. 15-ci əsrdə sevgililər şəhəri Venesiyada bu adət populyarlaşdı. Brilyant həm də ən möhkəm daşlardan olduğundan bu sevginin də sarsılmaz olacağına inamın işarəsidir.

 

Niyə bəyin toydan əvvəl gəlini görməyi «Pis əlamət» sayılır?

Əvvəllər qız atasının mülkiyyəti hesab edilirdi və onu özünün razılığı olmadan ərə verirdilər. Onların gələcək ərini də atası seçirdi. Bəzən gözəl olmayan qızı görən bəy gələcək həyat yoldaşını bəyənməyib gəlini elə məbəddəcə qoyub oranı tərk edirdi. Bunun qarşısını almaq üçün toy mərasimlərinə daha bir adət əlavə olundu – bəy toydan əvvəl gəlini görməməlidir.

 

Niyə  bəy gəlinin sol tərəfində dayanır?

Cəngavərlər dövründən belə düşünürdülər ki, bəy həmişə ona görə gəlinin sol tərəfində dayanır ki, qəfil hücum olarsa bəy dərhal sağ əli ilə və ya qılnıcı ilə onu qoruya bilsin.

 

Bal ayı

Bal ayı əsasən yəhudilərdə istifadə olunan bir söz kimi artıq bütün dünyaya tanınıb. Qeyd edək ki, yəhudi adətlərində bal ayı toy qonaqlığından sonra gəlin və bəyin birlikdə keçirdiyi ilk həftə sayılır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir