Edəcəyiniz toy üçün fərqli ideyalar xeyal edirsiniz amma bunun çox xərc aparacağını düşünürsünüz. Nağıla bənzər toy təşkilatı çox az xərclə də ola bilər. Tək ehtiyacınız olan kreativ fikirlər, kiçik detallar və bir az özünüzəməxsusluqdur.
1. Əyləncəli və Funksional Guşələr
Toy şirniyyatları, arzu və xatirələr, xüsusi və sizə özəl dekorasiya ilə hazırlanmış foto çəkdirmə və s. bu kimi guşələr yaradın.
Rəngarəng şirniyyatlar, şokolad şəlalasi kimi guşələr qonaqlarınız üçün unudulmaz və funksional olacaq.
2. Konsept Seçin
Şablon toy bəzəmələrini kənara qoyun. Toy mövzuları rəngarəng və sizə özəl olmalıdır. İstəyinizə uyğun rənglərdən istifadə edərək və ya sevdiyiniz bir xarakter və ya filmdən konsept yaradın.
3. Təbii Dekorasiyalar
Təbii dekorasiyalardan istifadə edin. Hər mövsümə uyğun təbii dekorasiyaları hətta pulsuz əldə edib özünüz düzəldə bilərsiniz.
Hər masaya bunları tətbiq edə bilərsiniz. Məsələn, qoza ən dekorativ vasitələrdən biridir.
4. Surpriz İlk Rəqs
İlk rəqsi hər kəsin düşündüyündən fərqli edin. Məsələn, valsla başlayan toy rəqsinizi birdən rock’nroll’a çevirin. Hər kəs musiqidə bir problem olduğunu düşünərkən siz ona uyğun hazırladığınız rəqsi etdiyinizdə mükəmməl bir görüntü ortaya çıxacaq.
5. Özəllikləri Vurğulama
Sizə özəl əşyaları, xatirələri və əlamətləri toyunuzun bütün detallarında əks etdirməyə çalışın. Dəvətnamədən başlayaraq, tort, dekorlar, musiqi, aksesuarlar, buket və s. qədər. (menimtoyum.az)