gelin

Toy makiyajında ən böyük 4 səhv

Baxış sayı: 1. 458

Mükəmməl bir gəlin olmaq istəyirsinizsə, 4 önəmli məqamı yaddan çıxarmayın. Unutmayın ki, ən gözəl siz olmalısınız! Gəlin makiyajı xəta qəbul etmir. Çünki çəkdirdiyiniz şəkillər bir ömür boyu sizinlə olacaq və həmişə həmin günü xatırladacaq.

1. Jurnal və televizorda gördüyünüz makiyajları təkrarlamağa çalışmayın, çünki başqasının makiyajını eynilə özünüzə kopyalamaq mümkün olmayacaq. Bunun əvəzində professional bir vizajistdən tamamilə sizə uyğun, sizə yaraşacaq makiyaj məsləhətləri alın və çalışın ki, öncədən bu makiyajın məşqini edəsiniz. Makiyaj məşqində üz formanıza və sizə yaraşan makiyaj stili və makiyaj rəngləri ortaya çıxacaqdır. Məqsəd də elə budur.

2. “Waterproof” makiyaj şərtdir. Makiyajınızın bütün gün və gecə boyu üzünüzdə qalacağını unutmayın. Göz yaşına və tərə qarşı dözümlü bir makiyaj etdirməlisiniz. Bunun üçün suya dözümlü kosmetikanı seçin. Lazım olduqda təzələmək üçün əlinizin altında mütləq pudra və dodaq boyanız olsun.

3. Dodaqlarınıza yapışqan teksturalı parladıcılar vurmamağa çalışın. Ən yaxşısı mat və normal teksturalı dodaq boyalarıdır. Belə dodaq boyalarının həm qalıcılığı daha uzundur, həm də şəkillərdə çox gözəl görünürlər.

4. Sulu görünüşlü makiyajdan uzaq durmağa çalışın. Gəlinlər parlaq və işıltılı olmaq istəyirlər, ancaq parlaq makiyaj yağlı bir görünüş verəcəkdir. Sadəcə almacıq sümüklərinizin üstünə yüngülcə parıltı tətbiq edin. Adətən mat və pudralı makiyaja üstünlük verin. Onsuz da rəqs edərkən və qonaqlarınızla maraqlanarkən yetərincə tərləyəcəksiniz. Bir də parlaq makiyaja tərləyən dəri əlavə olunarsa, görünüş heç də xoş olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir