1. Şirniyyatçıdan mütləq öncəki cütlüklər üçün hazırladıqları tortların şəkillərini istəyin. Ümumiyyətlə sırf bu işlə məşğul olan firmaların kataloqlarının olması gözlənilir.
2. Istədiyiniz tort və istifadə olunacaq ərzaqlar nə olursa olsun toy günü xoş olmayan bir sürprizlə qarşılaşmamaq üçün mütləq əvvəlcədən dadına baxmağı tələb edin. Bu, həm əskiklikləri görmənizə həm də cütlük olaraq birlikdə əyləncəli vaxt keçirməyinizə səbəb olacaq.
3. Şirniyyatçınızdan sizin üçün xüsusi nə kimi dizaynlar edə biləcəyini soruşun. Məsələn, sizin birlikdə olan şəklinizdən və ya toy konseptinizə uyğun necə bir tort hazırlaya bilər fikrini öyrənin.
4. Hazırlanma müddətini öyrənin. Xüsusilə əgər bu xüsusi dizaynlar hazırlayan və məhşur şirniyyatçıdırsa bir neçə ay öncə bron edin.
5. Şirniyyatçı ilə yalnız tortun təslimi üçün yoxsa qurulum üçün də razılaşacağınızı mütləq dəqiqləşdirin.
Çox hallarda şirniyyatçılar yalnız təslimatı edirlər.
6. Toy tortunun bəzəklərinin qiymətləri ayrıca müəyyən edilə bilər. Əgər belədirsə qiymət adətən hər dilimə görə edilir.
Tortunuzdan neçə dilim çıxırsa tort bəzəklərinin qiyməti də ona uyğun olaraq dəyişəcək. (Menimtoyum.az)