gelin-toya-hazirliq

Toya 8 ay qalmışdan toy gününə qədər

Baxış sayı: 3. 163

Evlilik əvvəlində ediləcək iş çoxdur… Toy planlarına başlamaq üçün gecikməyin.

Evlənməyə qərar verib, iki üç ay içində bütün rəsmiyyətləri və hazırlıqları tamamlayanlar da olur, amma xeyli  cütlüklər, nişanlıq dövrünü uzun tutub, evliliyə yavaş, heç bir detalı unutmadan hazırlanmağı uyğun bilir. Budursizə 8 aylıq müddəti əhatə edən bir hazırlıq proqramı.gelin-toya-hazirliq
Toya 8 ay qalmış
* Gələcək həyat yoldaşınızla detallı bir büdcə nizamlayın.
* Nə növdə və böyüklükdə bir toy istədiyinizə qərar verin.
* Toy təşkilatçılığında təcrübəli yaxınlarınız və məsləhətçilərlə görüşün.
* Qonaq siyahısını hazırlayın.
* Evdə toy etməyi düşünürsünüzsə, dəvət siyahısını hazırlayın.
* Çiçəkçi, fotoqraf, musiqiçi kimi toyda ehtiyacınız olacaq insanlarla danışıb qiyməti razılaşmağa başlayın.
* Eviniz üçün alış-verişə çıxın.
Toya 6 ay qalmış
* Evlilik üçün lazım olan hüquqi əməliyyatları və sənədlərin nələr olduğunu öyrənin.
* Kirayəlik bir evdə oturacaqsınızsa, araşdırmalarınıza başlayın.
*Gelinliyinizin modelinə qərar verin. Gəlin paltarı modeli seçmək uzun vaxt ala bilər.
*Bəyin nə geyəcəyini də qərarlaşdırın. Hazır geyim yerlərini gəzin. Tikdiriləcəksə, modelə qərar verin, dərzi və parçanı seçin.
* Ailə böyüklərinizin xüsusilə də ananızın geyinəcəyi paltarı seçiminə kömək edin.
Toya 4 ay qalmış
* Qəti toy tarixinizi təyin edin. Nigah gününüzü alın.
* Dəvətnamələrinizi alın və nələr yazacağınızı təyin edin.
* Toy tortunuzu seçin
* Toya şəhər xaricindən qatılacaqlar üçün qalacaq yer nizamlayın.
* Bal ayınızda nə etmək istədiyinizi təyin edin.
* Gəlin paltarı sınaqlarına başlayın.
Toya 2 ay qalmış
* Dəvətnamələrinizi paylamağa başlayın. Xüsusilə uzaq yerlərdə oturanlara indidən məktubla göndərin.
* Son olaraq qonaq siyahınıza nəzarət edin.
* Sizə çatdırılan hədiyyələri bir yerə qeyd edin və təşəkkür mesajları çatdırmağı unutmayın.
* Gəlinliyiniz hazırlanarkən alt paltar, bal ayı geyimləri kimi kiçik detalları da unutmayın. Gəlin paltarı sınaqlarınızı gəlinliyin içinə geyə biləcəyiniz alt paltar ilə sınayın.
* Mütləq bir ginekoloqa gedin. Həm ümumi bir müayinə olun, həm də doğum idarəsi haqqında məlumat alın. Doğum idarəsinə nigahdan daha əvvəl başlamanız lazımlı ola bilər.
* Həyat yoldaşınızın da sağlamlıq müayinəsindən keçməsini istəyin.
Toya 1 ay qalmış
* Nigah şəkərlərini seçin və sifariş verin.
* Saç ustanızla görüşərək, gəlin saçı üçün dəyişik saç modelləri təcrübə edin.
* Gəlin avtomobilinizi və necə bəzənəcəyinə qərar verin.
* Toyunuz yeməkli olacaqsa, qonaqlarınız üçün bir oturma planı hazırlayın.
* Nigah şahidlərinizi seçin və özlərinə xəbər verin.
Toya 2 həftə qalmış
* Yeni evinizə artıq yaxşıca yerləşin.
* O günə qədər heç xəbər almadığınız qonaqlarınızı axtararaq, onları tapmağa çalışın.
* Bir gözəllik salonlarına gedib, dəri və bədən baxımı etdirin.
* Çiçəkçiniz ilə görüşüb, gəlin çiçəyinin sifarişini verin.
Toya 1 həftə qalmış
* Xırdalıqlarla əlaqədar son nizamlamalarınızı edin.
* Yeni evinizə bütün əşyalarınızın daşınmasını təmin edin və artıq evinizə yerləşin.
* Bal ayı rezervasiyanızı dəqiqləşdirin və çamadanınızı hazırlayın.
Toya 1 gün qalmış
* Manikür, pedikür, kimi öz baxımınıza aid olan son əməliyyatları reallaşdırın. Hətta rahatlanmaq üçün masaj etdirin.
* Gəlinliyinizin altına geyəcəyiniz ayaqqabını, ayağınıza rahat yerləşməsi üçün evdə bir az istifadə edin. Bunu gələcək həyat yoldaşınıza da tövsiyə edin. Yeni ayaqqabılar toy günü ayağınızı sıxa bilər.
* Ailənizlə dinc bir gün keçirin.
Toy günü
* Səhər uzun və ilıq bir duş ilə özünüzü rahatlaşdırın.
* Saçınızı formaya saldırın və geyinmək, hazırlanmaq üçün özünüzə bolca vaxt ayırın.
* Möhtəşəm bir toy günü yaşayın və hər dəqiqənin zövqünü dolu-dolu yaşayın./Mənbə: Qadınlar.biz/



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir