yemeye ne var

Toyuqlu gül börəyi belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 750

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə toyuqlu gül börəyinin hazırlanma qaydasını təqdim edəcəyik.

 

Tərkibi:

1 ədəd toyuq sinəsi

1 çay qaşığı duz

4 ədəd yuxa

 

Üzəri üçün:

1 ədəd yumurta sarısı

2 xörək qaşığı küncüt

 

Sous üçün:

1,5 su stəkanı toyuq suyu

1 su stəkanı süd

1 ədəd yumurta

1 çay qaşığı duz

1 çay qaşığı qara bibər

1 çay stəkanı su

2 xörək qaşığı un

5 xörək qaşığı maye yağ

125 qr marqarin

gul boreyi

Hazırlanması:

Toyuq sinəsinə duz əlavə edib üzərini örtənə qədər su ilə qaynadın. Ayırd edib didikləyin. Maye yağda unu yüngül qovurub süd və toyuq suyunu əlavə edin. Toyuqları və qara bibəri qatın, yumurtanı əlavə edib qarışdırın. Yuxaları dördə bölüb su və marqarin qarışığı ilə yağlayın. Uc qisiminə toyuqlu içlikdən qoyub rulet şəklində bükün. Ruletləri öz ətrafında çevirib gül şəkli bükün. Qalan yuxaları da eyni şəkildə hazırlayın. Yağlanılmış soba qabına düzün. Üzərinə bir miqdar su və yumurta sarısı sürtün. 200 dərəcə əvvəldən isidilmiş sobada yaxşıca qızarana qədər bişirin.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir