GELEINLIK

Trend olacaq gəlinlik aksessuarları – FOTOLAR

Baxış sayı: 1. 379

Artıq 2020-ci ilin ilk gününü yaşayırıq. Bu il gəlinlik libaslarında da trend olacaq detallar artıq çoxdan məlumdur. “Gencaile.az” saytı  Türkiyə mətbuatına istinadən 2020-ci ildə dəbdə olacaq gəlinlik paltarınıza uyğun, maraqlı detalları və aksessuarları təqdim edir:

 

Gəlinlikdə lələk detalı

Lələk detalı gələn ilin gəlinlik dəbində üstünlük təşkil edəcək. Bu detal təkcə geyimdə deyil, eyni zamanda ayaqqabılarda və aksessuarlarda da özünü göstərəcək.

Çəhrayı tonlar

Toy geyimlərindəki çəhrayı tonlar paltara romantik bir görünüş bəxş edəcək. Çəhrayı rəng tonlarından geyimlərdə, aksessuarlarda həm də gəlin buketlərində istifadə olunacaq.

Krujeva detalı

Gəlinlik paltarlarında ən çox istifadə olunan detallardan biri də krujevadır. Bu detal da həm geyimlərdə, həm də ayaqqabılarda çox istifadə ediləcək. Krujeva geyimlərə xüsusi gözəllik və romantika verən bir detaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir