“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə tskan piroqunun hazırlanma qaydasını təqdim edəcəyik. Ləzgi mətbəxinə aid olan tskan müxtəlif içlə hazırlanır – ət , kartof , soğan; şor , göyərti (ispanaq, əvəlik); pendir , kartof və s. Bu gün sizə ətlə hazırlanan tskan piroqunun hazırlanmasından bəhs edəcəyik.
Tskan piroqunun xəmiri üçün lazım olan ərzaqlar
4 stəkan un
2 stəkan su(ayran)
1 çay qayığı şəkər tozu
1 çay qayığı quru maya
1 çay qayığı duz
3 yemək qaşığı duru yağ
İçi üçün
1 kq qoyun əti
0,50 kq kartof
3 ədəd baş soğan
100 q istəyə görə əzilmiş qoz ləpəsi
duz
istiot
kəklikotu
Üzərinə çəkmək üçün
150 q kərə yağı
Tskan piroqu üçün ərzaqların yığılması
İstifadə edəcəyiniz unu bir yoğurma qabına yığın. İstifadə edəcəyiniz suyu (ayran) bir stəkana süzün. Lazım olacaq şəkər tozunu bir kasaya yığın. İstifadə edəcəyiniz quru mayanı bir kasaya alın. Lazım olacaq duzu kasaya alın. Tskan üçün istifadə edəcəyiniz bitki yağını stəkana süzün. İstifadə edəcəyiniz əti (qoyun əti) təmizləyib yuyaraq aşsüzənə alın. Lazım olacaq kartofu soyub yuyun. Lazım olacaq baş soğanı soyub kasaya alın. Bir ovuc qoz (istəyə görə)ləpəsini kasaya yığın. Lazım olacaq duz, istiot, kəklikotunu ayrıca kasalara yığın. Üzəri üçün istifadə edəcəyiniz kərə yağını bir kasaya alın.
Tskan piroqu üçün ərzaqların hazırlanması
Unu yöğurma qabına ələyin.
Əti kiçik-kiçik doğrayın.
Kartofu lay-lay doğrayın.
Soğanı yarımhalqa şəklində doğrayın.
Piroq xəmirinin hazırlanması
Xəmir üçün lazım olan bütün ərzaqları qataraq xəmir yoğurun. Ancaq bitki yağını xəmirə qatmayın. Yoğurduğunuz xəmiri gəlməsi üçün yəni mayalanması üçün isti bir yerə qoyun. Gəlmiş xəmiri iki yerə ayırın. Hər birini nazik yayın.Yağlayın. Rulet kimi, sonra isə bu ruleti ilbiz kimi spiral bükün. Üstünü dəsmalla örtüb 15-20 dəqiqə daha saxlayın.
Piroq üçün içliyin hazırlanması
Əti xırda doğrayın. Kartofu nazik lay doğrayın. Soğanı nazik yarımhalğa doğrayın (əgər çiy soğanın dadını xoşlamırsınızsa, xırda doğrayıb azca qovuraraq əlavə edə bilərsiniz), hamısını qarışdırın, duz, istiot, ədviyyat (göyərti, göyərti qurusu) əlavə edin.
Tskan piroqunun hazırlanması
Sonra bunları sini böyüklükdə yayın (məsələn, diametri 40 sm). Birinci lavaşı siniyə qoyun. İçi üzərinə bərabər yayın. O biri lavaşı üzərinə çəkin, kənarlarını bükün, ortasında buxar çıxması üçün balaca deşik açın.
Piroqun bişirilməsi
Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın. Hazırladığınız piroqu 180 dərəcə qızdırılmış sobada 1.5 saata yaxın bişirin. Əgər piroqun üst hissəsi çox qızarır, içi bişmirsə, üzərinə kalka və ya folqa çəkin. Piroq bişdikdən sonra çıxardıb üzərinə isti-isti kərə yağı çəkin.
Piroqun servis edilməsi
Hazır piroqu soyutmadan bol köpüklü ayranla , kompot və ya çayla birlikdə servis edə bilərsiniz.
Nuş Olsun!