Gulnare Ibisova 1

Tualet təliminə nə zaman başlamalı? – PSIXOLOQ YAZIR

Baxış sayı: 1. 036

Bu gün sizə tualet təlimi haqqında danışacam. Tualet təliminə nə zaman başlamalı?

Bəzi fikirlərə görə 24-36 ay uşaqlarda tualet öyrədilməsi üçün ən yaxşı zamandır.

Bəzi mükəməlliyətçi valideynlər erkən dövrdən yəni 40 günlüyündən tualet vərdişini formalaşdırmağa çalışırlar. Erkən yaşlarda tualet vərdişini formalaşdırmaq uşaqlarda irəlidə nevroza, enurezə gətirib çıxarır. Ona görə də erkən yaşlarında deyil, 1,5 yaş və bəzən 2 yaşdan başlamaq lazımdır.

tualet

Nəyə görə bu yaşda başlayırıq?

Çünki bu yaşlarda loru dildə desək, uşağın beyninə siqnal çatır. Yəni o sidiyinin gəldiyini və sidiyini tutması gərəkdiyini öyrənməyə başlayır.

Bu zaman belə bir sual yaranır. Bunu uşağımızda necə formalaşdıra bilərik və uşağımızı necə bezdən azad edə bilərik?

İlk öncə uşağı tualet təlimini kim öyrədəcəksə, həmin şəxs səbirli və təmkinli olmalıdır.  Buna sahib olmayan valideyn tualet təlimi öyrətməyə çalışmasın. Çünki bu bir təlimdir. Təlim uzunmüddətli bir prosesdir. Bir-iki günə tualet vərdişini öyrətmək mümkün deyil. İndi isə ilk işimiz uşağı bezdən azad etməkdir. Sonra isə evə güvəc alınmalıdır. Uşaq davaml onu görməlidir. Onu bir stul kimi qəbul etməlidir. Yəni uşaq hər gün evin bir küncündə güvəc görür və ona adaptasiya olur. Davamlı gördüyü gevəcə normal baxır. Qaydalardan biri də odur ki, ana qızını, ata isə oğlunu başa salmalıdır. Ən azından bir yerdə hamama və tualetə girilməlidir.

tualet

Bəs necə bilək ki, uşağımız tualet təliminə hazırdır?

Ortaya çıxan suallardan biri də budur. İlk öncə valideyn uşağını çox yaxşı müşahidə etməlidir. Çünki müəyyən əlamətlər var ki, artıq bu bizə xəbərdarlıq verir ki, uşaq tualet təliminə hazırdır. Məsələn, uşaq yaş olmaqdan, çirkli olmaqdan narahatlıq duymalıdır. Bəzi uşaqlar tualeti gəldikdə gizlənirlər, stolun altına girərək tualetini edirlər və görünür ki, artıq uşaqda məhrəmiyyət hissi formalaşmağa başlayıb.  Bu hal özü artıq bir xəbərdarlıqdır ki, uşaq tualet təliminə hazırdır. Bundan başqa, uşaq öz paltarını geyinməyi, soyunmağı bacarmalıdır ki, biz tualet təliminə başlaya bilək.

tualet

Digər suallardan biri də odur ki, valideynlər tualet təlimini uşaqlara necə qazandıracaqlar?

Məsələn, bir cədvəl quraraq hər gün və hər saat uşağınızın tualetə getməsini qeyd edin.Tutaq ki, uşaq saat 2 dən 4-ə qədər quru qalırsa, siz saat 4 olmadan uşağınızı tualetə aparın və bunu davamlı olaraq vərdiş halına salın.

Bu bir geniş mövzudu və bir çox üsullarla uşağa tualet təlimini öyrətmək olar. Əgər 3-4 yaşa çatmış uşaq hələ də tualet vərdişinə yiyələnməyibsə, altını islatmağa davam edirsə, bu zaman mütləq bir mütəxəssis, bir psixoloq yanına getmək məsləhət görülür.

 

Psixoloq Gülnarə İbişova




8 şərh “Tualet təliminə nə zaman başlamalı? – PSIXOLOQ YAZIR

  1. Aysel Qafar

    Bele yazilar xususen genc valideynler ucun cox yaxsidir. Hem sayta, hem mutezessise minnetdaram.

    Cavabla
  2. Nahidə Mirzəliyeva

    Uşaqların travma almamsı üçün tualet vərdişini zamanında öyrənməsi yaxşıdır. Nə tələsmək, nə də gecikmək olmaz. Bu baxımdan bu məqalə faydalıdır. Çox sağ olun.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir