İnsanların gördüyü işin, mənasını və məqsədini itirməsi, insanlara qayğı göstərə bilməməsi, həddindən artıq gərginlik və narazılıq səbəbindən ruhən işləmək motivasiyasının itirilməsini tükənmişlik adlandırırıq. Tükənmişlik, uzunmüddətli stress, fiziki/emosional/zehni gərginliklər qarşısında insanın işindən və münasibətlərindən qopması prosesidir. Xüsusilə insanlarla təkbətək ünsiyyətin tələb olunduğu xidmət sektorlarında özünü göstərən bir problemdir.
Tükənmişlik sindromunun mərhələləri hansılardır?
Birinci mərhələ – insan çox həyəcanlı, həvəslidir. Karyera planları qurur və var gücü ilə işləyir.
İkinci mərhələ – arzu və xoşbəxtlik azalır. İşini görərkən qarşılaşdığı kiçik problemlərdən belə böyük narahatlıq hiss edir.. Özünü yorğun hiss edir.
Üçüncü mərhələ – insanların dəyişməyəcəyinə inam yaranır. Nəticədə, insan ya mübarizə aparmaq üçün yeni strategiyalar hazırlayır, ya da müqavimət göstərmək və işdən çəkilmək kimi davranışlara əl atır.
Dördüncü mərhələ – dərin inamsızlıq, peşəyə sevgi və marağın azalması, ümidsizlik vardır. Şəxsi uğur aşağı düşür.
Tükənmişlik sindromnda nə baş verir?
Fiziki simptomlar
Yorğunluq
Enerji itkisi
Xəstə olaraq hiss etmək
Davamlı soyuqluq
Mədə-bağırsaq problemləri
Ürək-damar xəstəliyi
Hipertoniya meyli
Baş ağrısı
Çəki artırmaq/azalmaq
Yuxusuzluq/həddindən artıq yuxu
Tənəffüs çətinlikləri
İştahın azalması
Davranış simptomları
Daha az uğur üçün çox çalışmaq
İşə gec gəlib, tez çıxmaq
İcazəsiz işə gəlməmək,
Peşəkar motivasiyanın azalması.
Qərar qəbul etməkdə çətinlik
Adi davranış modellərində əhəmiyyətli dəyişiklik
İşgüzar və qeyri-iş münasibətlərinin pisləşməsi, boşanma, uyğunsuzluq
Siqaret və içkinin artması
Emosional və cinsi həyatda düşüncəsiz davranış
Danışıqda və ya yazıda qeyri-müəyyənlik və əlaqənin kəsilməsi
Sağlamlığa həddindən artıq maraq.
Psixoloji simptomlar
Qəzəb və inciklik
Məyusluq
Maraqların olmaması
Boşluq və mənasızlıq hissi
Narahatlıq
Etibarsızlıq və tərk edilmə hissləri
Davamlı qıcıqlanma
Daim uğursuzluqlar haqqında düşünmək
Zəif diqqət , unutqanlıq
Qərar qəbul edə bilməmək
Tez-tez təkrarlanan intihar düşüncələri
Dəyərsizlik, günahkarlıq hissləri
Kədər hissi
Səbirsizlik
Həddindən artıq xəyal qurmaq
İnsan necə davranır?
Tənqidi
Pessimist
İntrovert
İyrənc davranış nümayiş etdirir.
Zümrüd Haqverdiyeva
Special school məktəb tipli Reabilitasiya Mərkəzinin psixoloqu