sutlac

Türkiyənin məşhur şirniyyatı “Fırında sütlüaç”: Onu hazırlamaq üçün…

Baxış sayı: 670

Südlə hazırlanan şirniyyatlar Türkiyə mətbəxinin əvəzsiz desertlərindəndir. Asanlıqla həzm olunan, yüngül və faydalı olan südlü şirniyyat Türkiyədə hər evdə tez-tez hazırlanır. Xüsusilə də axşam yeməyindən sonra ağzını dadını bir az dəyişmək istəyənlər üçün südlü şirniyyatlar əla variantdır.

“Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən bu gün sizə Osmanlı zamanından bu yana bişirilən şirniyyatı təqdim edir.  “Fırında sütlüaç” adlanan bu disert süd, düyü və şəkərin harmoniyasından yaranır. Azərbaycanda “südlü aş” və dünyanın müxtəlif yerlərində bişirilən buna bənzər şirniyyat növləri olsa da, Türkiyə sütlüaçının hazırlanma və bişirmə qaydası onlardan bir az fərqlidir.

“Fırında sütlüaç”ı hazırlamaq üçün bizə nələr lazımdır?

Yarım stəkan düyü,
1 stəkan yarım su,
5 stəkan süd,
3 yemək qaşığı düyü unu,
1 yemək qaşığı nişasta,
1 paket vanel,
1 və ya 1 stəkan yarım toz şəkər.

“Fırında sütlüaç” üçün ilk növbədə düyünü yuyub dərin bir qazana tökün. Üzərinə yarım stəkan soyuq su əlavə edib düyü yumşalana qədər qaynadıb götürün.

Bu arada, düyü unu, nişasta, vanel və şəkəri başqa bir qazana tökün, üzərinə südü yavaş-yavaş əlavə edərək əməlli-başlı çalın. Sonra qazanı qazın üzərinə qoyub əlinizi çəkmədən qaynayana qədər qarışdırın. Bir-iki dəqiqədən sonra pörtmüş düyüləri qarışığa əlavə edin və rəngi bir az tündləşənə qədər davamlı qarışdıra-qarışdıra bişirin.

Bişən sütlüaçı kasalara tökün, ilıqlaşmasını gözləyin. Daha sonra onları elektrikli soba qabına yerləşdirin. Kasaların yarısına gələcək qədər su əlavə edin, sonra əvvəlcədən 200 dərəcə isidilmiş sobaya qoyub üzəri qızarana qədər təxminən 15 -20 dəqiqə bişirin.

Sobadan çıxan  sütlüaçın soyumasını gözləyin və bundan sonra süfrəyə verin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir