toy

Türkləri azərbaycanlı qızlarla evlənməyə nə vadar edir?

Baxış sayı: 1. 562
Hərəsi bir səbəbdən – amma əksəriyyəti daha mülayim və daha romantik olduğunu düşündüyü üçün türklə evlənir
Ötən ilin nəticələrinə görə, türkiyəli kişilər ümumilikdə 20 972 əcnəbi qadınla evləniblər, onların 13,3 faizi azərbaycanlıdır. Bizim qızların türkiyəli oğlanlara meyl etməsinin səbəbləri aşağı-yuxarı bəllidir. Xaricdə qadınların daha azad yaşadığını görüb, onlara qibtə edən qadınları bu sərbəstlik cəlb edir. Bu azadlığı əldə etmək üçün onlar da əcnəbi bəylə ailə həyatı qurmaq istəyirlər. Sərbəstlikdən əlavə bizim qızlarda bütün əcnəbilərin varlı olması ilə bağlı yanlış qənaət formalaşıb. Bəzən əcnəbilərlə nikahın əsasında bu məqamlar da dayanır.
Image result for azərbaycan toyları
Bəs, türkiyəli oğlanları azərbaycanlı qızlarla evlənməyə vadar edən səbəblər hansılardır? Qızlarımızın hansı cəhəti onları cəlb edir?
“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralının sözlərinə görə, hər kəsə görə fərqli səbəbləri var:
– Kimisi zahiri görünüşünü bəyənib evlənib, kimisi mənəvi özəlliklərinə vurulub, kimisi də təhsilinə, savadına. Ümumiyyətlə, türk kişisi üçün azərbaycanlı qadın həmişə maraq kəsb edib. Fərqli mədəniyyət, fərqli həyat tərzi, daha yaxşı təhsil və dünyagörüş səviyyəsi də rol oynayır. Azərbaycan türkdilli ölkələr arasında əhalinin təhsil səviyyəsinə görə lider ölkədir, qızlarımız özünüinkişafı yaxşı bacaran, hər şeyi öyrənməyə can atandırlar. Mən çox istərdim deyim ki, ailə dəyərlərinə sahib çıxmağı bacaran qızlarımız çoxdur, lakin çox təəssüf ki, bunu deyə bilmirəm. Çünki bu, bir neçə il əvvəl belə idi, artıq ailə institutu üçün bu özəllik əhəmiyyətli dərəcədə azalıb. Amma bununla belə türk yaşıdları ilə müqayisədə azərbaycanlı qızlar boşanmaya daha az meyillidir, həyat yoldaşı ilə uzlaşmağa can atır. Bu da türk kişilərin azərbaycanlı qızlara olan marağını artırır. Üstəlik, xanımlarımız özləri də türk kişilərlə ailə qurmağa meyillidir. Hərəsi bir səbəbdən – amma əksəriyyəti daha mülayim və daha romantik olduğunu düşündüyü üçün türklə evlənir. Sosioloqun fikrincə, türk kişilərin azərbaycanlı qadını seçməsinin bir əhəmiyyətli səbəbi də ailədə hegemonluğu ələ ala bilmə istəyidir: “Çünki azərbaycanlı gəlin Türkiyədə öz vətənində olduğu qədər cəsarətli ola bilmir, necə deyərlər, ərin çaldığı havaya oynamaq məcburiyyətində qalır. Bu da ailədə ərin hakimiyyətinin möhkəmlənməsi deməkdir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir