“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə yay yeməyi olan turp şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
Tərkibində nələr var?
2 dəstə turp (yarpaqları ilə)
4 stəkan toyuq bulyonu
2 x.q. zeytun yağı
Cəfəri, duz, istiot
Necə hazırlanır?
Turp və yarpaqlarını yuyub doğrayın və zeytun yağında saralanadək qızardın. Üstünə isti toyuq bulyonu əlavə edib 5 dəqiqə bişirin. Hamısını mikserdən keçirib xırda gözlü aşsüzəndən süzün. Duz, istiot vurun.
Hazırladı: İlahə Atəş