yemeye ne var

Turşu qovurmanı belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 564

Turşu qovurmanın ətrindən dadından doyum olmur.Bayram süfrələrinin vazkeçilməzi olan turşu qovurma hər zaman milli mətbəximizin sevilən yeməklərindən biri olub. Turşu qovurmanı plovun yanında verəndə də bir başq ləzzət yaradır. Bu gün “Yeməyə nə var?” rubrikasında sizə təqdim edəcəyimiz resept çox sadə və çox da rahat hazırlanan bir reseptdir.

 

Lazım olan ərzaqlar

1 kq doğranmış qoyun əti

5 ədəd soğan

300 q sabalıd

15 ədəd albuxara

1 çay qayığı limon suyu

0,50 çay qayığı sarıkök

1 stəkan ət bulyonu

duz

istiot

TURSU QOVURMA

Turşu qovurmanın ərzaqlarının yığılması

İstifadə edəcəyiniz əti yuyub aşsüzənə yığın suyunu çəksin. İstifadə edəcəyiniz şabalıdı təmizləyib bir kasaya yığın. Albuxaranı təmizləyib yuyun və bir kasada isladın. İstifadə edəcəyiniz soğanları təmizləyib soyun. İstifadə edəcəyiniz yağı bir kasaya süzün. İstifadə edəcəyiniz duzu , sarıkökü və istiotu da ayrı-ayrı kasalara yığın. İstifadə edəcəyiniz limonu yuyub mətbəx dəsmalının üzərinə alın.

 

Turşu qovurmanın ərzaqlarının hazırlanma

Yuyub hazırladığınız əti doğrayın. Albuxaranın suyunu süzün. Şabalıdı qaynar suda 5 dəqiqə qaynadıb qabığını soyun. Hazırladığınız soğanları halqavarı doğrayın. Bir limonun suyunu stəkana sıxın.

 

Turşu qovurmanın bişirilmə qaydası

Doğradığınız əti bişirin. Halqa şəklində doğradığınız soğanı yağda qızılı rəng alana qədər qızardın. Daha sonra əti də soğana əlavə edərək qızardın. Bişirdiyiniz əti də qızardın. Ayrı bir tavaya bir az yağ və ət bulyonu töküb vam odda şabalıdları qovurun. Albuxaranı da vam odda yağda və ət suyunda qovurun. Bunları ətlə soğan qarışımının üstünə töküb astaca qarışdırın. Fincana limon suyu, bir az duz və sarıkök töküb qaynar su, yaxud da ət bulyonu əlavə edib qarışdırın. Hazırladığınız ətin üzərinə tökün. 0,5-1 saat ərzində vam odda xörək bişməlidir. Yaddan çıxartmadan aradabir astaca qarışdırın.

 

Turşu qovurmanın servis edilməsi qaydası

Turşu qovurmanı düyü plovu ilə birlikdə isti-isti servis edin.

Arzuya görə çoban salatı, ayran və kompotla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir