Turşular süfrələrin vazkeçilməz dadlarındandır. Müxtəlif turşuların hər biri düzgün istehlak edildikdə, sağlamlığımıza fayda verir. Lakin düzgün istifadə edilməməsi ürək sağlamlığından tutmuş həzm sisteminə qədər bir sıra zərərlərə səbəb olur.
Türkiyənin Çankırı İl Sağlamlıq Müdiri professor Hüseyn Sarıkaya bu barədə xəbərdarlıq edib.
O, turşunun insan orqanizmində ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.
Sarıkaya qeyd edib ki, turşunun qapağının tam bağlanmaması və ya açıq qalması onun xarab olmasına səbəb ola bilər.
Bu da insan sağlamlığında ciddi problemlər yaradır.
Professor bildirib ki, turşunun həddindən artıq istehlak edilməsi ürək sağlamlığına mənfi təsir edir. Çünki, turşu hazırlamaqda istifadə edilən duzun tərkibində yüksək natrium var. Bu da qan təzyiqinin artmasına yol açır.
Eyni zamanda həddindən artıq sirkə mədə turşusunu artıra bilər. Mədə problemi olan insanlar turşunu öçülü istehlak etməlidirlər.
Əslində turşu düzgün miqdarda istehlak edildikdə bir çox sağlamlıq faydası təmin edən fermentləşdirilmiş bir qidadır. Lakin xüsusilə duzlu olduğuna görə ehtiyatla və ölçülü şəkildə istehlak edilməsi tövsiyə olunur.
Roza