is gorusmesi

Uğurlu iş görüşməsi üçün 4 qayda

Baxış sayı: 1. 137

İş görüşü dedikdə insanların ağlına ilk olaraq həyəcan, stress gəlir. Xüsusilə də cavan kadrlar –  işə yeni qədəm qoyanlar və ya təhsilini yeni bitirənlər üçün ilk iş görüşməsi daha çətin olur. Mövzu ilə bağlı danışan psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, işə müraciət edərkən ilk olaraq özgüvənli və qətiyyətli olmaq vacibdir. Bəs iş görüşməsinin uğurlu keçməsi üçün nə etmək mümkündür?  Bu barədə psixoloqun verdiyi tövsiyələri təqdim edirik:

 

1) İnsanlar ilk olaraq özlərinə “mən nə istəyirəm, hansı iş mənə uyğundur?” sualını verməlidirlər.

Xüsusilə xanımların özlərinin qırmızı xətti, sərhəddi olmalıdır. Məsələn, iş elanına baxanda artıq özü biləcək ki bu ona uyğundur və ya deyil.

 

2) Bu bariyel qoyulduqdan sonra getdiyiniz iş görüşməsində ilkin vəziyyətə özünüz baxmalısınız.

Xanım özündə güvən yaratmalıdır ki, iş barəsində seçim hüququ da olsun.

İşə götürülmək üçün geyimə diqqət edilməlidir. Ciddi, səliqəli görünüş bunun üçün əsasdır. Hər qadın geyimi ilə vitrində müəyyən xüsusiyyətləri üzə verir. İş müraciətinə gedildiyi zaman vitrində sadəcə iş olmalıdır. Yəni ona baxan insanda iş qadını aurası yaranmalıdır. Bəzən iş görüşünə elə idman stilində geyinilib gedilir ki bu işə götürəndə qeyri-ciddi düşüncəyə səbəb olur.

Related image

3) Bədən dili barədə olan kitabları tövsiyə edirəm.

Hər duruş, davranış, jest qarşısındakı insana təsir bağışlayır. İdarəetmə ilə bağlı kitabları oxumağı məsləhət görürəm. Özünü orda normal həyəcansız aparmaq üçün bu vacibdir. Artıq hazır formada işə gedən şəxsin işə daxil olmamaq ehtimalı olmayacaq.

 

4) Gedilən iş yeri barədə öncədən məlumat toplamaq lazımdır.

Söz arasında lazım gələrsə mütləq şəkildə o məlumata sahib olduğunu qarşı tərəfə bildirməlidir. Əgər namizədin məlumatlı olduğunu görsələr, bu işçi barədə müsbət təsir bağışlayacaq. Bununla da işə götürülmək şansı daha yüksək olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir