ixtisas secimi

Uğursuz nəticə göstərən abituriyentlərə qarşı necə davranmalı?

Baxış sayı: 1. 354

Məlum olduğu kimi, ötən həftə ölkəmizdə buraxılış imtahanlarının cavabları açıqlandı. Təbii ki, sözügedən imtahanlarda yüksək nəticə göstərən şagirdlərlə yanaşı, az bal yığan abituriyentlər də var. Şübhəsiz, imtahanda yüksək nəticə göstərməyən şagirdlər valideynlərinin reaksiyasından ehtiyat edir. Valideynlər uşaqlarını motivasiya etdiklərini düşünüb hər dəfə yaxşı oxumalarının vacibliyi, imtahanın önəmi haqda danışırlar. Qatılacaqları imtahanların onların həyatında nə qədər önəmli olduğunu, gələcəkdə uğurlu fərd ola bilmələri üçün mütləq bu imtahanı qazanmalarının vacibliyini dönə-dönə xatırlayırlar. Lakin unudurlar ki, imtahan nəticəsinin uğursuz olduğu halda bu kimi təsirlər abituriyentdə psixoloji zədələr yaradır. Bəs görəsən, belə məqamlarda valideynlər necə davranmalıdırlar? Bu suala cavab tapmaq üçün “Gencaile.az” saytının daimi eksperti, PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızına müraciət etdik.

Almara Melikova

Psixoloq deyir ki, uşağa imtahandan keçməməyi faciə kimi təqdim etmək qəti şəkildə olmaz: “Bu kimi şərti sevgi və qeyri-sağlam təzyiqlərlə uşaqla davranmaq qəti surətdə olmaz. Uşaqla maraqlanmaq, söhbət etmək, fikrini öyrənmək, uşağa hər şeyə rəğmən tək olmadığını, sevildiyini göstərmək lazımdır.”

Valideynlərə səslənən mütəxəssis bildirir ki, hər bir valideyn əlbəttə övladından uğur gözləyir. Amma unutmayaq ki, heç bir imtahan övladımızdan daha artıq deyil, nəinki imtahanda əldə etdiyi bal,  övladımız psixoloji saglamlığı qədər önəmli deyil.

Psixoloq həmçinin qeyd edir ki, orta statistik hər bir valideyn övladının ali təhsil alıb yaxşı bir işlə təmin olunmasını, karyera qurmasını arzulayır. Ancaq uşaqla düzgün davranmağı, həssas psixikasını zədələməməyi, uşaqlıq travmalarından qorumağı hər valideyn bacarmır. Nəticədə uşağı ali təhsil müəssisəsində, arzuladığı yüksəkliklərdə görmək əvəzinə uşağın psixolojgiyasının sağlıq durumu səhv rəftar nəticəsində zədələnir. Uşağın düşdüyü mühit, üzləşdiyi insanlar onun formalaşmasına təsir etsə də, əsas məsuliyyət valideynlərin üzərinə düşür.

Psixoloq sonda abituriyent olan yeniyetmələrin valideynlərinə diqqətli olmağı tövsiyə etdi: “Valideyn övladına ”bu il olmazsa, gələn il yeniden imtahan verərsən”, “Biz hər zaman sənin yanındayıq”, “Universitetə qəbul olmamaq dünyanın sonu deyil, rahat ol, girərsən lap yaxşı, girməzsən canın sağ olsun” kimi sözlər deməklə ona dəstək olmalıdırlar”.

 

Hazırladı: MƏTİN




5 şərh “Uğursuz nəticə göstərən abituriyentlərə qarşı necə davranmalı?

  1. Ramil Mahmudlu

    İmtahanda yüksək nəticə əldə etmək üçün hər zaman ikinci şansınız var və buna görə də ilk cəhddə uğursuz olmağınızın karyera xəyallarınızın sonu demək deyil. Uğursuzluğun öhdəsindən gəlməyin ilk addımı onu qəbul etməkdir. Ona görə də xəbəri alanda sakitləşin və məsələyə obyektiv baxın. Qəbul edin ki, hazırkı nəticənizlə bağlı heç nə edə bilməyəcəksiniz və buna görə də panikaya düşmək və ya bunun üçün özünüzü günahlandırmaq faydasızdır. Önümüzdəki aylarda imtahanda yenidən iştirak etmək və ya fasilə vermək istəsəniz, növbəti addımı planlaşdırmaq üçün özünüzə bir az stressiz vaxt ayırın.

    Cavabla
  2. Dilarə Qasimova

    Valideynlər də övladları ilə birlikdə sanki imtahana girir, onlarla birlikdə həyəcan keçirir, bəzən, sevinib, bəzənsə, birlikdə kədərlənirlər. Bu, isə çox böyük xətadır:

    Cavabla
  3. Pünhan Poladov

    Qəbul imtahanı dövründə valideynlərin panikaya düşməsinə anlam verə bilmirəm. Əgər səbəbini soruşsaq, hamısı bir ağızdan deyəcək ki, övladlarının xoşbəxt gələcəyi üçün edirlər. Ancaq nəticədə isə bəzən tam əksi alınır.

    Cavabla
  4. Gültəkin Əsəd

    Bəzi ailələrdə niyəsə uşaq hansısa arzuolunmaz bir duruma düşəndə bunun səbəbkarı kimi anasını görürlər. Sanki bir problem çıxanda uşaq ancaq anaya məxsus olası olur. Belə olan halda, ana da imtahanda uşağın üstünə düşür ki, atası tərəfin yanında “üzünü qara” eləməsin.

    Cavabla
  5. Elnarə Pənahlı

    Psixoloq hər dəfə aktual mövzulara toxunması ilə diqqət çəkir. Hardasa 2 ay olar izləyirəm. Təşəkkür edirəm öz adımdan

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir