Gultekin sehhet

Ünsiyyətin psixoloji və sosial dinamikası - "SƏHHƏT"

Baxış sayı: 380

Ünsiyyət insan həyatının ayrılmaz bir hissəsidir və yalnız fikir mübadiləsindən ibarət deyil, həm də şəxsiyyətin formalaşmasında, psixi proseslərin inkişafında və sosial əlaqələrin qurulmasında mühüm rol oynayır. Həyati faktlar göstərir ki, ünsiyyət psixi proseslərin təzahüründə özünəməxsus bir şəkildə iştirak edir. Ünsiyyət, həmçinin, şəxsiyyətin təşəkkülündə də özünəməxsus tərzdə təsir göstərir. İnsan yalnız başqaları ilə ünsiyyətdə özünü daha yaxşı dərk edir və bu proses şəxsiyyətin formalaşmasının əsasını təşkil edir.

 

Ünsiyyətin psixoloji aspektləri və təzahürləri

Ünsiyyət, sadəcə məlumat mübadiləsi deyil, həm də psixi vəziyyətlərin, emosiyaların, motivlərin və digər daxili proseslərin qarşılıqlı təsiridir. Ümumi psixologiya baxımından ünsiyyətin maraqlı cəhətlərindən biri odur ki, insanın özünü dərk etməsi, öz mənini qiymətləndirməsi, başqaları ilə müqayisə edərək öz şəxsiyyətini formalaşdırması da ünsiyyətin bir nəticəsidir. İnsanlar yalnız qarşılıqlı əlaqədə olduqda özlərini tam anlaya bilərlər.

 

Müasir sosial psixologiya ünsiyyətin üç əsas cəhətini vurğulayır:

Komunikativ tərəf: Məlumat mübadiləsi.

Interaktiv tərəf: Qarşılıqlı təsir prosesi.

Perseptiv tərəf: İnsanların bir-birini qavraması, anlaması.

Bu cəhətlər ünsiyyətin həm sosial, həm də psixoloji aspektlərini dərinləşdirir və onun insanlar arasındakı münasibətlərin qurulmasında vacib rolunu izah edir.

 

Ünsiyyətin növləri

Ünsiyyət çoxcəhətli və çoxplanlı bir proses olaraq, müxtəlif növlərə ayrılır. Psixoloji ədəbiyyatda ünsiyyətin növləri məzmunu, məqsədi və vasitələrinə görə müxtəlif şəkildə təsnif edilir.

Məzmununa görə:

Maddi ünsiyyət: Əşyalar və fəaliyyət məhsullarının mübadiləsi.

Koqnitiv ünsiyyət: Bilik mübadiləsi.

Kondision ünsiyyət: Psixi və fizioloji vəziyyətin mübadiləsi.

Motivlərlə bağlı ünsiyyət: Təhriklərin, maraqların mübadiləsi.

İşgüzar ünsiyyət: İş, əməliyyat və bacarıqların mübadiləsi.

Məqsədinə görə:

Bioloji ünsiyyət: Orqanizmin mühafizəsi və inkişafı ilə bağlıdır.

Sosial ünsiyyət: Şəxsiyyətlərarası münasibətlərin qurulması və şəxsi inkişafın təşviqi.

Vasitələrinə görə:

Vasitəsiz ünsiyyət: Şəxsi təmas yolu ilə həyata keçirilir, tərəflər birbaşa qarşılıqlı əlaqədə olurlar.

Vasitəli ünsiyyət: İctimai əlaqə alətləri, məsələn, telefon, internet, televizor və s. vasitəsilə həyata keçirilir.

 

Ünsiyyətin dilinin əhəmiyyəti

Ünsiyyətin əsas vasitələrindən biri dil olduğu üçün, hər bir insanın öz dilində və ünsiyyət formalarında ifadə tərzi fərqli ola bilər. Dil, sadəcə, məlumat ötürülməsi üçün deyil, həm də emosional və psixoloji təcrübələrin paylaşılması üçün istifadə olunur. Hər bir millətin öz ana dili vardır, lakin insanlar arasında daha geniş əlaqə qurulması üçün ümumi bir dilə ehtiyac duyulur. Bu dil həm də emosiya, sevgi, hörmət, jestlər, mimikalar və digər sosial əlaqələrin əsas vasitəsidir.

Bir çox insanlar yalnız danışmağı deyil, həm də dinləməyi bacarmalıdırlar. Dinləmək, sadəcə eşitməkdən fərqlənir. Dinləmək, qarşı tərəfə hörmət göstərmək, onu anlamağa çalışmaq, onun fərqində olmaq deməkdir. Bu, ünsiyyətin səmimi və uğurlu olmasının əsas şərtidir.

Beləliklə, ünsiyyət, yalnız sosial əlaqələrin qurulması deyil, həm də şəxsiyyətin inkişafı və psixi proseslərin təzahürüdür. İnsanların özlərini daha yaxşı dərk etməsi və başqaları ilə əlaqə qurması onların şəxsi inkişafında mühüm rol oynayır. Müasir dövrdə ünsiyyətin müxtəlif növləri və vasitələri insanlara daha geniş imkanlar təqdim edir və bu, cəmiyyətin daha səmərəli və dərin əlaqələr qurmasına şərait yaradır.

 

Psixoloq Gültəkin Səhhət




10 şərh “Ünsiyyətin psixoloji və sosial dinamikası – “SƏHHƏT”

  1. Pakizə

    Gültəkin xanım, ünsiyyətin yalnız danışmaq deyil, həm də dinləmək olduğunu qeyd etməyiniz çox önəmli bir nöqtədir. Bu, müasir insanın tez-tez unudduğu, amma həyati önəmi olan bir məsələdir.

    Cavabla
  2. Mamed Əliyev

    Bu yazını oxuduqca ünsiyyətin həyatımıza təsirini bir daha dərk etdim. İnsanlar arasında əlaqələrin necə inkişaf etdiyini və şəxsi inkişafımıza necə təsir etdiyini anlamaq çox vacibdir. Mənim fikrimcə, ünsiyyət sadəcə sözlərlə deyil, bədən dili, mimikalar və jestlərlə də edilir. Sizcə, bu qeyri-verbal ünsiyyətin psixoloji aspektləri haqqında daha çox nələr deyə bilərsiniz? Belə ünsiyyətin şəxsiyyət formalaşmasında rolu nə dərəcədə əhəmiyyətlidir?

    Cavabla
  3. Xıdicə Abbasova

    Gültəkin xanıma bir sualım var: Müasir dövrdə sosial şəbəkələrin və onlayn ünsiyyətin artması ünsiyyətin psixoloji aspektlərinə necə təsir göstərir? Bu, insanın özünü dərk etməsi və şəxsiyyətinin inkişafı prosesini necə dəyişdirir?

    Cavabla
  4. Amil Baxış

    Mənim fikrimcə, yazı çox gözəl və aydın şəkildə ünsiyyətin insan həyatındakı rolunu izah edir. Ünsiyyətin psixi vəziyyətlərə təsiri və insanların bir-birini qavraması, məncə, ən vacib məqamlardan biridir. Dilin və emosiya mübadiləsinin ünsiyyətin səmərəli olmasında oynadığı rolu da çox yaxşı vurğulamısınız. Bununla əlaqədar olaraq, dilin psixoloji vəziyyətlərə necə təsir etdiyini daha ətraflı şəkildə izah edə bilərsinizmi? Məsələn, bir insanın dil istifadə forması onun daxili emosional vəziyyətinə necə təsir edir?

    Cavabla
  5. Ədalət

    Bu suala mütəxəssis cavab versə yaxşı olar. Necə düşünürsünüz, müasir dövrdə insanlar ünsiyyətin hansı növünü daha çox seçir və bunun sosial əlaqələrə necə təsiri olur? Sosial mediada ünsiyyətin psixoloji nəticələri haqqında düşüncələriniz nədir?

    Cavabla
  6. Fatma

    Ünsiyyətin bir tərəfini əks etdirən yazı çox faydalı və düşündürücüdür. Yazıda ünsiyyətin psixoloji təsirinə dair verilən məlumatlar çox aydın və tutarlıdır. Mənim üçün xüsusilə “dinləmə” mövzusu əhəmiyyətlidir, çünki insanlar bəzən yalnız danışmağa diqqət edirlər, amma yaxşı dinləyici olmaq da ünsiyyətin vacib bir hissəsidir.

    Cavabla
  7. Fidan Camalova

    Ünsiyyətin növləri və hər birinin psixoloji təsirlərini izah etmək çox vacibdir, çünki bu, oxucunun ünsiyyətin müxtəlif aspektlərini daha yaxşı başa düşməsinə kömək edir. Mənə görə, yazının əsas mesajı, insanların qarşılıqlı əlaqə qurarkən özlərini və başqalarını daha yaxşı anlamağa çalışmalarıdır. Bu məqama xüsusi diqqət yetirilməsi təqdirəlayiqdir!

    Cavabla
  8. Tərlan

    Çox doğru qeyd edirsiniz ki, ünsiyyət yalnız məlumat ötürülməsi deyil, həm də emosional və psixoloji təcrübələrin paylaşılmasıdır. Məncə, bu fikir bu yazının ən mühüm cəhətlərindən biridir. Ünsiyyətin həm təbliğat, həm də şəxsi inkişaf baxımından dəyəri həqiqətən çox yüksəkdir. Dinləməyin və anlamağın əhəmiyyəti də mütləq diqqətə layiqdir.

    Cavabla
  9. Melek Teymurova

    Cox maraqla oxudum. Tesekkur edirem psixoloqa bu movzuya toxundugu ucun. Size de sayt olaraq bu yaziya yer ayirdiginiz ucun minnetdaram

    Cavabla
  10. Pərvin Bağırova

    çox gözəl mövzüya toxunmusunuz Gültəkin xanım faydalı və dəyərli .
    ❤️

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir