Ötən əsrin 90-cı illəri insanların həyatında dərin və unudulmaz izlər buraxıb. 90-cı illər müstəqilliyimizin ilk illəri olduğu üçün unudulmazdır. Eyni zamanda bu illər Qarabağ müharibəsinin baş verdiyi və olduqca çətin sosial-iqtisadi problemlərin yaşadığı illərdir. 90-cı illər həm də xarici ölkələrdən gətirilən məhsulların və texnoloji yeniliklərin ölkəmizə ayaq açdığı illər kimi yaddaşlarda iz buraxıb. Bu baxımdan hər dövrü olduğu kimi 90-cı illəri də insanlara xatırladan bir-sıra xatirələr, maddi dəyərlər olub. Bu şəkillərdə gördükləriniz də insanlara 90-cı illərə xartırladan o “dəyərlərdəndir”…
“Boys” jaketləri… 90-cı illərdə bu jaketlərdən geyinməyən yəqin ki, çox az adam ola bilər..
“Turbo” saqqızları… Bu saqqızı çeynəməyən nə qədər adam ola bilər ki,..
Bir də “Turbo” saqqızından çıxan bu şəkillər… Nə demək olduğunu 90-cı illərin uşaqlarından soruşun…
90-cı illərin uşaqlarından “Yupi”lərin də nə olduğunu soruşun…
Bu da məşhur “Peycer”lər…
Hər evdə bu kasetlər üçün xüsusi rəflər olardı…
Hər sinifdə “Dendy”, “Sega” oynamaq üçün dərsdən qaçan ən azı 3-4 uşaq olurdu…
Məktəblərin qarşısını isə bunlarsız təsəvvür etmək mümkün deyildi.