Ürəkdən gülənlər 80 il, gülməyənlər 73 il yaşayır

Baxış sayı: 1. 549
Üzündən təbəssüm əskik olmayan insanlar çox yaşayır. Amerika alimləri bu qənaətə gəlib.
ABŞ psixoloqlarının bu nəticəyə gəlməsi təsadüfi deyil. Onlar keçən əsrin 50-ci illərindəki 230 idmançının fotoşəklini seçib. Sonra isə bu tədqiqatın məqsədi barədə heç bir məlumatı olmayan könüllülərdən həmin fotoları onlarda əks olunmuş insanların təbəssümünün genişliyi və səmimiliyi üzrə düzməyi xahiş ediblər. Fotoşəkillər üç qrupa bölünüb: ürəkdən gülənlər, süni gülümsəyənlər və gülümsəməyənlər.
Məlum olub ki, gülümsəməyən insanlar orta hesabla 73 il yaşayıb, saxta təbəssüm sahiblərinin orta ömrü 75 yaşdan az olub, səmimi, açıq gülümsəməyi bacaranlar isə 80 il və daha çox yaşayıblar. Bu cür təbəssümdə insanın üzünün bütün əzələləri iştirak edir.
Nikbinliyə, həyatsevərliyə dəlalət edən geniş təbəssüm insanın immun sisteminin, ürəyin, damarların işini yaxşılaşdıran hormonların yaranmasına müsbət təsir göstərərək sağlam qalmağa kömək edir. Həyata bədbin baxışlı insanlar isə çox vaxt müxtəlif virus, mədə-bağırsaq və əsəb xəstəliklərindən əziyyət çəkir. Bu halda gözlərinizin dövrəsindəki qırışlar dərinləşsə də, bu qorxulu deyil. Hər halda uzun ömür xatirinə buna dözmək olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir