Ürəyə zərərli olan 10 vərdiş

Baxış sayı: 1. 429

Ürək sağlamlığı insan həyatı üçün ən vacib məsələdir. Buna görə düzgün qidalanmaq və ürəyə zərərli olan hərəkətlərdən imtina etmək lazımdır. Belə hərəkətlər iisə bunlardır:

1. Yuxudan gec oyanıb, gec yemək

2. Acmadan yemək

3. Yatmadan öncə yemək

4. Düzgün qidalanmamaq

5. Həmişə oturaq və hərəkətsiz həyat sürmək

6. İdmanla məşğul olmamaq

7. Davamlı olaraq stres yaşamaq

8. Həddən artıq spirtli içki qəbul etmək

9. Siqaret çəkmək

10. Ürəkdən şikayət olana qədər ürək sağlamlığına önəm verməmək.

Sinə ağrısı, sinəüstü sıxılmalar, təngnəfəslik kimi hallar ürək-damar xəstəliklərinin göstəriciləridir. Bu sıxıntılar sağ və ya sol nahiyələrdə, qollarda, mədə üzərində, boyun və çənəyə doğru nahiyələrdə baş verə bilər. Tez yorulmaq, nəfəs almaqda çətinlik, nəfəs darlığı, özünü pis hiss etmə, boğulma halları, ürəkgetmə, yuxusuzluğa səbəb olan tıxanmalar da ürək xəstəliyinin göstəriciləridir.

Bəs neçə yaşımızda ürəyimizi yoxlatdırmalıyıq?

Kişilər 40 yaşından, qadınlar isə 50 yaşdan sonra mütəmadi ürək müayinəsindən keçməlidir. Əgər hipertoniya, şəkər xəstəliyi kimi probleminiz varsa, 30 yaşlarınızdan etibarən ürəyinizi həkimə göstərin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir