valideyn

Uşağı ev işində kömək etməyə necə razı salmaq olar?

Baxış sayı: 1. 061

Müasir zamanda bizim yerimizə ev işini demək olar ki artıq texniki cihazlar görür. Qabyuyan, paltaryuyan maşın kimi qurğuları minimum cəhdlə işə salmaq olar. Qalan işi isə cihaz özü görür. Belə olan halda uşağa ev işində kömək etmələrini istəmək valideyinə mənasız görsənir. Bu yalnış baxış açısıdır. Mütəxəssislərin apardığı araşdırma nəticəsində məlum olub ki, ev işlərində valediyinlərinə kömək edən uşaqlar təhsil və işlərində daha çox uğur qazanır. Bu səbəbdən, çalışın uşaqlarınızı az yaşlardan ev işlərinə öyrəşdirin.

 

“Gencaile.az”  valideyinlərə uşaqlarını ev işlərində kömək etmələri üçün razı salmaq barəsində faydalı məsləhətlər verir.

 

Nəzakətli olun. Bəzən elə hallar olur ki, valideyinlərin boyununa eyni anda bir çox iş duşur. Bu azmış kimi, uşaqlar valideyinlərindən daha bir iş görmələrini tələb edir. Bu zaman özünü cilovlamaq çətin olur. Nə qədər hirsli olursunuza olun, çalışın nəzakətli şəkildə uşağınıza sizdən tələb etdiyi işi onun özündən görməsini xaiş edin.

Image result for uşaqlar ev işləri

Eyni anda çox iş görməsini gözləməyin. Çox iş tapşırıldığı zaman uşaq psixoloji olaraq bu qədər işi görə bilməyəcəyini firikləşir və ruhdan düşür. Çox iş əvəzinə uşağınızdan işləri bir-bir görməyini xaiş edin. Bir işi gördüyü zaman onu istirahət və ya kiçik sürprizlə sevindirin. Bu onu o biri işə keçməyə ruhlandıracaq.

 Səhvlərini vurğulamayın. İşi daha yaxşı və asan görməsi üçün uşağınıza məsləhətlər verin. Amma dəqiqə başı başının üstündə durub işi necə görməsini vurğulamayın. Bu uşağı ruhdan salır və iş görmə istəyini yox edir.

Düzgün motivasiya edin. Gördüyü iş qarşılığında uşağınıza pul verməyin. Bu onun xəsis olmasına gətirib çıxara bilər. Üstəlik, uşaq üçün əsas olan daxili motivasiyadır.

Ona ruhlandırıcı sözlər deyin. Onunla qurur duyduğunuzu və ona inandığınızı təkrar edin. Uşağınızı tərifəyin və ona təşəkkür edin. Uşağınızın köməyinə ehtiyacınızın olduğunu göstərin. Təşəkkür edərkən səmimi olun.

Image result for uşaqlar ev işləri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir