usaqlar-kitab

Uşağım oxuya bilmir və ya disleksiya nədir?

Baxış sayı: 991

Məktəblər qurtarsa da, uşağınız oxuya bilmir? Bütün yoldaşları oxumağı bacarsa da, uşağınız oxumaqda çətinlik çəkir? Əgər uşağınızın başqa psixoloji problemi yoxdursa, disleksiya ola bilər.

Bəs disleksiya nədir? Disleksiya, xüsusilə, oxumaq məsələsində uşağın çətinlik çəkməsidir. Ancaq bunun uşağın intellektual inkişafı ilə heç bir əlaqəsi yoxdur. Əksinə, disleksiya uşağın intellektual səviyyəsinin aşağı olmadığını göstərən, bəlkə də, yeganə amildir. Məsələn, Albert Eynşteyn, Leonardo Da Vinçi kimi dahilər disleksiya olduqları halda ən böyük kəşflərin müəllifləridirlər.

Ailem jurnali adlı şəxsin şəkli.

Disleksiya daha çox özünü uşağın məktəbə başlaması ilə bir vaxtda göstərir. Disleksiyanın xəstəliklə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, bu cür uşaqlarda oxu(maq) səviyyəsi yaşıdları ilə müqayisədə çox aşağıdır.

Disleksiya olan uşaqlarda ən çox müşahidə edilən əlamətlər bunlardır:

– Forma etibarı ilə bir-birinə bənzəyən hərf və ya rəqəmləri (məsələn, B-D və ya 6-9 kimi) qarışdırırlar.

– Bir mətni oxuyanda bəzi sözləri ötürürlər.

– Məkan və ya zaman məfhumlarını qarışdırırlar.

– Danışanda sözləri düzgün “sıralamırlar”.

– Bir mətndəki sözləri və ya cümlələri yadda saxlamaqda, ya da xatırlamaqda çətinlik çəkirlər.

Əgər valideynlər uşaqlarında bu əlamətləri müşahidə etsələr, bir mütəxəssisə müraciət etməlidirlər. Unutmayın ki, disleksiyanı aradan qaldırmaq üçün mütəxəssis tərəfindən xüsusi kurslara ehtiyac var.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir