brother and sister - twins babies girl and boy on pink and blue background

Uşağın cinsiyyətini planlaşdırmaq olarmı?

Baxış sayı: 1. 678

Son illərdə ailələr planlı şəkildə valideyn olmağı seçirlər. Onlar bununla da uşağın cinsiyyətini özləri müəyyənləşdirmək istəyirlər.

 

Bəs gələcək körpənin cinsiyyətini planlamaq olarmı?

Ginekoloq Firuzə Cəfərzadənin sözlərinə görə, uşağın cinsiyyəti oositin (yumurta hüceyrə) hansı spermotozoidin mayalamasından asılıdır:

“2 növ – X və Y xromosomu daşıyan spermatozoidlər var. Qadın oositləri yalnız X xromosomu daşıyır. Spermotozoidin hansı xromosomu daşıdığını müəyyən etmək mümkündür, lakin bu müayinədən sonra o, mayalanmaya yararsız olacaq. Əgər belə olmasaydı, süni mayalanma zamanı uşağın cinsiyyətini X və ya Y spermatazoidlərlə mayalamaqla planlamaq olardı”

Ginekoloq hazırda belə planlamağın mümkün olmadığını bildirib: “Lakin embrionu ana bətninə yerləşdirənə qədər onun cinsiyyətini təyin etmək metodu var ki, bu “Predimplantasion Genetik Diaqnostika ” adlanır.

 

Bu necə baş verir? 

“Süni mayalanma zamanı embrionun inkşafının 3-5-ci günləri embrionun bir neçə hüceyrəsi alınır və hansı xromosomu daşıdığı müəyyənləşdirilir. Bundan sonra embrionun uşaqlıq boşluğuna yerləşdirilməsi həyata keçirilir. Uşağın cinsiyyətinin cədvəllər, sehrli təqvimlər vasitəsi ilə proqnozlaşdırılması dəqiq deyil”, – deyə həkim vurğulayıb.

Nəzərə çatdıraq ki, qanunvericiliyə görə cinsiyyətin seçilməsi ancaq tibbi göstərişlərlə mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir