ders

Uşağın məktəbdə nə etdiyini öyrənməyin 25 yolu

Baxış sayı: 1. 500

Bir valideyn övladının məktəbdə necə vaxt keçirdiyini və nə ilə məşğul olduğunu öyrənmək istəyir. Əlbəttə ki, valideynlər daima uşaqlarını nə izləyə bilər, nə də yanında ola bilər. Ancaq hər şeyin bir çarəsi olduğu kimi də bu problemin də bir həll yolu var. Valideynlərin xüsusi hazırlanmış suallar nəticəsində uşaqlarından istədiyi informasiyanı əldə etmək imkanı var. Belə ki, düzgün ünsiyyət və doğru seçilmiş suallarla övladınızın məktəbdə hansı hisslər keçirdiyini, hansı əskiklərini olduğunu və sairə kimi məlumatlar öyrənərək ona düzgün istiqamət verə bilərsiniz.

 

Məhz bunun üçün psixoloqların hazırladığı 25 sualı sizə təqdim edirik:

Bu gün məktəbdə yaşadığın ən yaxşı və ən pis an nə idi?

Mənə bu gün güldüyün bir hadisədən bəhs et

Əgər seçim imkanın olsaydı sinifdə kimin yanında oturmaq istəyərdin, kimin yanında oturmaq istəməzdin və səbəb?

Məktəbin ən yaxşı yeri haradır?

Bu gün sənin eşitdiyin və ya kiminsə dediyi qəribə bir sözü mənə de.

Əgər bu axşam müəlliməni evə çağırsam sənin haqqında mənə danışar?

Bu gün kiməsə kömək etdin?

Bu gün kimdənsə hər hansı bir köməklik görübsən?

Mənə bu gün öyrəndiyin yeni bir şeyi danış

Bu gün ən sevincli olduğun an nə vaxt idi?

Bu gün ən sıxıntılı anın nə vaxt idi?

Kosmosdan bir gəmi gəlsə və sinifdən bir şagirdi qaçırmaq istəsən, kimin getməsini istəyərdin?

Tənəffüsdə əvvəllər heç oyun oynamadığın hansı dostunla oyun oynamaq istəyərdin?

Mənə bu gün baş verən bir hadisəni danış

Müəllim bu gün ən çox hansı kəlmədən istifadə etdi?

Səncə məktəbdə daha çox nə ilə məşğul olmalısan?

Səncə məktəbdə nəyə az vaxt ayırmalısan?

Səncə sinifdə kimlə daha mədəni davranmalısan?

Tənəfüsdə ən çox harada olursan?

Sinifdə ən gülməli şagird kimdir?

Günorta yeməyi vaxtında ən çox nəyi bəyənirsən?

Sabah sən müəllim olmaq məcburiyyətində olsan nə edərdin?

Sinifinizdə bir az özünə vaxt ayırmalı olan kim isə var?

Sinifdə yerini kimlə dəyişdirmək istəyərdin?

Bu gün məktəbdə 3 fərqli andan bəhs edə bilərsən?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir