usaqlar

Uşağın nahar qutusu üçün 5 qayda

Baxış sayı: 1. 891

Uşağa qulluğun ən vacib şərti onun sağlam qidalanmasıdır. Buna valideynlər müəyyən yaşa qədər nəzarət etsələr də, məktəb dövründə artıq vəziyyət çətinləşir. Həm də uşaqlar da artıq özləri nəyi yeyib-yeməyəcəklərinə qərar verirlər yaşları artdıqca. Bəs necə etmək olar ki, uşaq üçün həm dadlı, həm sağlam, həm də asan hazırlanan qidalar arasında balansı tapa və uşağın da rahat qidalanmasına şərait yaradasınız, həm də siz analar da bu haldan razı olasınız? Daha yaxşı üsul evdə hazırlanan yeməklərdən uşaq üçün nahar çantası hazırlamaq deyilmi?! “Gencaile.az” Foxy.az-a istinadən siz analar üçün uşağınıza necə yaxşı nahar çantası hazırlaya bilməniz üçün bir neçə üsulu təqdim edir.

1. Qidalar balanslaşdırılmalıdır. Menyuda zülallar, yağlar, karbohidratlar, meyvə və şokolad kimi orqanizmin sürətli inkişafına səbəb olan qidaların olması tələb olunur. Hər gün nahar qutularının məzmununu dəyişdirin ki, uşağınızın rasionunda fərqli qidalar olsun. Məsələn, 1 həftəlik menyunu belə hazırlaya bilərsiniz:

– Bazar ertəsi: küftə, tərəvəz salatı, dilimlənmiş alma və ya banan.

– Çərşənbə axşamı: ət və ya toyuq ilə buxarda hazırlanmış bulka və ya peraşki, tərəvəzlər ( yerkökü və şirin bibər), giləmeyvə.

– Çərşənbə: makaron salatı, bir dilim bişbiş toyuq və ya hinduşka əti, üzüm, bir neçə şokolad dilimi ( acı şokolada qarşı uşaqlarda maraq olmur, amma meyvəli və ya hər hansı bir xüsusi dada malik acı şokolad olarsa uşaqlarda maraq oyanar).

– Cümə axşamı: hinduşka əti ilə sendviç ( marketlərdə tez hazırlanması üçün dilimlənmiş halda satılır) və kahı yarpaqları, yulaflı peçenye, giləmeyvə və ya hər hansı meyvə dilimləri.

– Cümə: ət, göyərti və pendir içlikli blinçik, balqabaqlı muffin və bir az yumşaq kəsmik.

2. Qidalar sağlamlıq üçün təhlükəsiz olmalıdır. Qidalar soyuducudan kənarda 3 saatdan 5 saata kimi təravətli qala bilir. Yalnız balıq bu qidalara aid deyil. Tam yetişmiş meyvə də yaxşı seçim deyil. Əgər uşaq çəhrayı şaftalını yeməyi unudursa növbəti gün onu kitab və dəftərlərini qorumaq şərtilə kompot halında çantasına qoyun.

3. Qidalar rahat olmalıdır. Yaxşı nahar qutuları əsasən plastik olurlar və bitişik qapaqları da olur ki, bu qabların qapaqlarını itirmək mümkünsüzdür. Belə qabların hətta bölmələri də olur ki, istənilən piroqu, sendviçləri əzmədən, sousları ərtafa tökmədən rahatlıqla qablara yerləşdirib daşımaq olur. Uşaq üçün bu nahar qutusunun yanına nəm dəsmal qoymağı da unutmayın.

4. Nə qədər qəribə görünsə də, qida müasir olmalıdır. Söhbət xüsusilə yeniyetmələrdən gedirsə, hər şey onların ürəyincə olmalıdır, gerisi cəfəngiyatdır. Əgər siz uşağa borş, Kiyev kotleti və duza qoyulmuş kələm versəniz bu, ona gülməli gələcək və qalmaqal qaçılmaz olacaq. Uşaqların fast-food görünüşündə sağlam qidalar xoşuna gəlir. Onlar məmnuniyyətlə kök və təbii ət, təzə tərəvəz və kəpək çörəyi ilə olan burgeri sevirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir