Bir çox valideynlər hesab edirlər ki, yeni doğulmuşlar heç nə anlamır və əksər müraciətləri qəbul etmirlər. Bu heç də belə deyil! Bu dövrdə uşaqlar aktiv olaraq informasiya toplayır və ətrafla tanış olurlar. 8 aylığından etibarən onunla məşğul olmaq olar və bu vacib hesab olunur.
Uşağın yaşı artdıqca onun valideynləri və digər ailə üzvləri ilə olan münasibətləri daha aktiv olmalıdır.
Uşaqla daim danışmaq, onun gördüyü və öyrəndiyi bu və ya digər əşyalar haqqında nə düşündüyü ilə maraqlanmaq, fikirlərini öyrənmək, ona müxtəlif nağıllar danışmaq, onunla rəsm çəkmək, oyunlar oynamaq, gildən fiqurlar düzəltmək vacibdir.
Uşağınızın 2-3 yaşı tamam olduqda müxtəlif üsullardan istifadə etməklə onun təfəkkürünün inkişaf etdirilməsi ilə mütəmadi olaraq məşğul olmaq lazımdır. Təəssüflər olsun ki, valideynlərin əksəriyyəti bu yaşın imkanlarını, uşaqların yeni informasiyalara olan marağını düzgün qiymətləndirməyərək, onların intellektinin inkişaf etdirilməsi ilə məşğul olmurlar və bunun üçün hələ çox zamanlarının olduğunu düşünürlər. Nəticə etibarilə belə valideynlər uşaqla maraqlanmağa yalnız məktəbə getməzdən 1 il əvvəl başlayırlar. Bu isə çox hallarda uşağın yüklənməsinə, yorulmasına və məktəbə, oxumağa qarşı mənfi fikir formalaşmasına səbəb olur.
Məktəbəqədər dövrdə lazımi hazırlıq keçməyən uşaqlar məktəbdə daha çətin və böyük problemlərlə üzləşirlər. Anasından ayrılmaqda çətinlik çəkirlər, yad mühitə düşən uşaq çox ciddi psixoloji zərbə ala bilər. Bu halda valideynlərə hansı məsləhətləri vermək olar? Uşağın psixomotor inkişafına mümkün qədər tez başlamaq məsləhət görülür. Psixomotor inkişaf düzgün təşkil edilməli, mütləq sadədən mürəkkəbə doğru olmaqla aparılmalıdır. Kiçik yaşlı uşaqların psixomotor inkişafının ən yaxşı üsullarından biri pedaqoq, valideynlər və psixoloqların iştirakı ilə xüsusi qruplarda aparılan məşğələlərdir.
Aynur İbrahimova
Orvita Psixoloji Reabilitasiya Mərkəzinin uşaq psixoloqu
Bu yazı mənim üçün çox faydalı oldu. Uşağım hələ 6 aylıqdır, amma həmişə düşünürdüm ki, o, heç nəyi anlamır və oyun oynamaq da vaxt itkisidir. Artıq başa düşürəm ki, uşaq bu yaşda da ətrafını anlamağa başlayır və mənimlə ünsiyyət qurmağı çox vacibdir. Yazıda dedikləri kimi, 8 aydan sonra uşağınızla daha çox maraqlanmaq lazımdır və mən bunu etməyə çalışacağam. Həmçinin məktəbə qədər hazırlıq məsələsi barədə də əvvəl düşünməmişdim, amma indi onun psixomotor inkişafına daha çox diqqət ayırmağı planlaşdırıram. Məncə, uşağın inkişafına erkən başlamaq çox əhəmiyyətlidir.
Yazını diqqətlə oxudum və fikirlərinə tam razıyam. Uşaqların psixomotor inkişafı həqiqətən də erkən yaşlardan etibarən diqqət tələb edir. Mən öz uşağımda da bu problemi yaşadım. Vaxtında onunla məşğul olmağına görə məktəbə başlayanda çox yaxşı nəticələr əldə etdik. Bir çox valideynlər uşaqlarının inkişafını məktəb yaşında başlamağı düşünürlər, amma çox gec olurlar. Psixomotor inkişaf, xüsusilə də 2-3 yaş arasında, gələcəkdə məktəbdə uğur qazanmağı çox asanlaşdırır. Təəssüf ki, bəzi valideynlər uşaqla vaxt keçirməyi hələ çox erkən düşünürlər, amma məktəb dövrünə qədər bu proses başlasa, çox faydalıdır.
Tövsiyə edərdim ki, valideynlər və peşəkarlar birgə işləsinlər, xüsusilə uşaqla ünsiyyət və oyuncaqlarla fəal məşğul olmaqla uşağın zehni inkişafına diqqət yetirsinlər.