Uşaqlar ətrafdakı insanları təqlid yolu ilə kəşf edir. Bunun səbəbi isə onun hələ
dünyaya baxışı formalaşmamasıdır. Buna görə də uşağın tərbiyəsi ilə məşğul
olan şəxslər bunu nəzərə almalıdır. Yəni, davranışlarında, insanlara
münasibətində uşağa nümunə olmalı, uşağın inkişafına şərait yaratmalıdırlar.
Valideynlər uşaqla kontakt yaratdığı istənilən halda tərbiyələndirməlidirlər.
Tərbiyə işində, qayğıkeşlik və həssaslıqlığa xüsusi diqqət etməli və kiçik yaşdan
vərdiş halına gətirmək, hər kəsin borcudur. Buna görə də kiçik yaşlı uşaqların öz
oyuncaqlarını səliqəli saxlamalı, geyimlərində təmizliyə fikir verməli, ev işlərində az da olsa kömək etməlidirlər.
Bəzi ailələrdə belə yanaşma vardır: “Uşaqdır, icazə verin oynasınlar” deyə
uşaqların gücləri çatan məişət işlərindən məhrum edirlər. Bütün oyuncaqlar
uşağın qarşısına tökürlər, təki oynasınlar, sakit olsunlar, deyirlər. Təbii ki
valideynlər bu zaman səhvə yol verirlər. Bundan məhrum etməklə, onun öz
məsuliyyətini qəbul etməsinə maneə olurlar və məsuliyyət hissi formalaşmır.
Yaxşı olardı ki, tökülən oyuncaqlar uşağın özünə yığdırsınlar.
Unutmaq olmaz ki, 5 barmaq fərqli olduğu kimi, evdə olan uşaqlar da
fərqlidir. Uşaqların fərdi xüsusiyyətlərini nəzərə almağı unutmayın.
Zümrüd Haqverdiyeva
Special Kids Bağça tipli Reabilitasiya Mərkəzinin psixoloqu