Uşağını 60 il qarnında daşıdı

Baxış sayı: 1. 417
91 yaşlı Estela Melendez ötən il həyat yoldaşını itirib. 74 il evli olmalarına baxmayaraq onların övladları dünyaya gəlməyib. Melendez bir neçə gün əvvəl qarnında şişkinlik və ağrı olduğunu deyərək həkimə müraciət edib.
Həkimlər xəstəlikdən şübhələnsələr də rentgen görüntüsü hər kəsi şoka salıb. Melendezin qarnında 60 ildən daha uzun müddətdir ölüb qalan uşaq olduğu məlum olub. Estele Malendez 60 il əvvəl hamilə qalıb, lakin bunu heç hiss etməyib.
Daha sonra uşaq bətnində ölsə də, yaşlı qadın onunla birlikdə yaşamağa davam edib. Malendez qarnındakı uşağın çıxarılmasını istəsə də həkimlər o yaşda qadına narkoz verməyin təhlükəli olduğunu deyiblər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir