Uşağınız riyaziyyatdan qorxursa – Valideynlər oxusun!

Baxış sayı: 1. 434
Böyük Britaniyada riyaziyyatdan qorxan uşaqlarla bağlı araşdırma aparılıb. 
İkinci və üçüncü sinif şagirdlərinin beyinlərinin skan edilməsi zamanı tənliyin bir növünün beyni təşviş və qorxu ilə bağlı aktivliyə təhrik etdiyi məlum olub. Bu zaman beynin riyazi tapşırığın həllinə görə cavabdeh olan hissəsinin aktivliyi azalır.
Professor Vinod Menonun sözlərinə görə, 50-yə yaxın məktəblinin beyni skan edilib. Bundan sonra riyazi tapşırığın doğurduğu həyəcanın dərəcəsi sual vərəqələri və testlərlə qiymətləndirilib: “Qeyd etmək lazımdır ki, bu fenomen 50 il bundan əvvəl aşkar edilib. Lakin indiyədək heç kim adamların nə üçün riyaziyyatdan qorxduqlarını araşdırmağa cəhd göstərməyib”.
Neyrobiologiya baxımından riyaziyyat qarşısında qorxu başqa qorxulara oxşayır. Ekspertlərin sözlərinə görə, güclü həyəcan keçirən uşaqlar həyəcanlanma göstəricisi daha az olanlarla müqayisədə daha az dəqiq olmaları və tapşırıqları yavaş həll etmələri ilə fərqlənirlər.
Yəni qorxu beyinin qoyulmuş məsələni həll etmək qabiliyyəti ilə birlikdə informasiyanı emal etmək qabiliyyətini tormozlayır.
Bunun təkamül mexanizminin bir hissəsi olması mümkündür. Belə ki, o, daxili səbəblərdən törəyən təhlükə şəraitində beyni intuisiya əsasında hərəkət etməyə məcbur edir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir