usaqpulu

Uşağınıza aid pulun hesabını soruşmayın!

Baxış sayı: 893

Yəqin ki, bəziləriniz “Uşağa aid də pul olar?” deyə soruşacaqsınız. Bəzi valideynlər uşaqlarına pul verirlər, ancaq sonra da “Bu pulu sənə kim verdi, təbii ki, mən” deyərək pulun hesabını soruşurlar. Və təbii ki, bununla da uşağın özünəinam hissinə zərbə vururlar. Gəlin, məsələyə bir az da aydınlıq gətirək. Özləri qazanmasalar da, uşaqların əllərinə müxtəlif yollarla kiçik məbləğlərdə pul keçir. Bəzi uşaqlar əllərinə keçən bu pulu yığmağı, bəziləri isə əksinə xərcləməyi üstün tuturlar. Ancaq uşaq nəyə üstünlük verirsə versin, valideyn buna hörmət etməlidir. Uşağınıza pul verdikdən sonra onu xərcləmək hüququnu da ona verməlisiniz. Bu, həm onun pul xərcləməyi öyrənməsi, həm də özünəinamını artırması üçün vacibdir.

İndi isə sizi bu yaxınlarda şahidi olduğumuz bir hadisə ilə tanış edək. 8 yaşlı qız əlinə keçən bütün pulları yığır və sonra yığdığı bu pullarla sevdiklərinə hədiyyə almaq istəyir. Bunun üçün evlərinin yaxınlığındakı alış-veriş mərkəzinə üz tutur. Ancaq alış-veriş mərkəzindən evə hədiyyələrlə qayıdan qız valideyninin həm təəccübü, həm də qəzəbi ilə qarşılaşır. Valideyni ona “Niyə bu qədər pul xərcləmisən?”, “Mən sənə bu pulları hədiyyə almaq üçün verirəm?”, “Onlar sənə hədiyyə alırlar?” və s. kimi sözlərlə etirazını bildirir. Yəqin ki, bu sözlərdən sonra 8 yaşlı qızın vəziyyətini təsəvvür etmək çətin deyil.

usaqpulu

Təəssüf ki, bu cür hallara bir çox ailələrdə rast gəlmək olar. Çəkdiyimiz misaldan çıxış edərək, məsələyə bir az da aydınlıq gətirək. Hər şeydən əvvəl, uşağınıza pul verdikdən sonra ona bu pulu xərcləmək hüququnu da verdiyinizi unutmayın. Digər tərəfdən, uşağınıza təkcə pul qazanmaq imkanı yox, özünəinam qazanmaq imkanı verdiyinizi də unutmayın.

Əslində, yuxarıdakı misalda vermək istədiyimiz əsas mənzərə də elə budur. Yəni, bu misalda xərcləmək hüququ uşaqdan tamamilə alınır. Və bu vəziyyət uşağın həm valideyninə, həm də özünə olan inamını sarsıdır. Təbii ki, məsələ bununla da bitmir. Yəni, uşağın valideyninə va ya özünə inamı sarsılmaqala yanaşı, onda qarşılıqlı yardım hissi də korşalır.

Bir uşaq və pul şəkili ola bilər

Bütün bu səbəblərə görə, uşağınıza aid olan pulun hesabını soruşmayın. Pulu uşağınıza verdiyiniz vaxtdan bu pulu xərcləmək hüququnu da ona verin. Ancaq uşağınızın bu pulu düzgün xərcləməsini istəyirsinizsə, onda ona necə alış-veriş etmək lazım olduğunu öyrədə bilərsiniz.

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir