Körpənizin kitabları yalnız dişləmək üçün bir vasitə olaraq gördüyünü düşünürsünüzsə, yanılırsınız. Və siz ağlınıza da gətirməzsiniz ki, uşaqlar həqiqətən də kitablardan bir çox şey öyrənə bilərlər. “Gencaile.az” “Ailem.az”-a istinadən uşaqlara kitab oxumağın faydalarını təqdim edir.
Belə ki, 6 aylıqdan 4 yaşlarına qədər nəzarət olunan 250 ana-uşaq cütü ilə araşdırma aparılıb. Araşdırma çərçivəsində analara həftədə neçə gün uşaqlarıyla səviyyəli şəkildə oxu ilə məşğul olduqları öyrənilib. Səviyyəli oxuma dedikdə isə hekayə oxuyaraq kitabdaki şəkilləri göstərmək nəzərdə tutulur. Araşdırma nəticələrinə görə, erkən oxumağa başlamaq uşaqların oxuma-yazma inkişafını yaxşılaşdırır. Həmçinin bu, yalnız oxumaqla deyil, ana və uşağın qurduğu sağlam və uzun müddətli əlaqə ilə də bağlıdır. Belə uşaqlar həm də danışmağı daha tez öyrənirlər.
Pedaqoqlar və mütəxəssislər valideynlərlə olan əlaqələrində tez zamanda oxumanın əhəmiyyətini vurğulayırlar. Çünki uşaqların oxumayla əldə etdikləri tez danışma bacarığı və oxuma-yazmanı öyrənmələri onların akademik göstəricilərini də artırır.