kitabxana

Uşağınızla kitab mağazasına gedirsinizmi? – VALIDEYNL’RIN MENYUSUNA

Baxış sayı: 958

Bir uşağın valideyni ilə evdən kənarda vaxt keçirməsi çox vacibdir. Digər tərəfdən, bu, uşaqda “Mən atam-anam üçün çox qiymətliyəm” təsəvvürünü formalaşdırmaq, həmçinin, uşaqla valideyn arasında ünsiyyəti artırmaq deməkdir. Başqa vacib bir məsələ isə uşaqla vaxt keçirəcəyiniz yerləri düzgün seçməkdir. Belə ki, bu yerlər həm uşağın, həm də valideynin zövq ala biləcəyi yerlər olmalı, həmçinin uşağın enerjisini boşaltmasına imkan verməlidir. Məsələnin başqa bir tərəfi isə uşağın intellektual inkişafına kömək edən və ya uşağa faydalı vərdişlər qazandıran yerlər seçməkdir. Bu baxımdan, siyahıda əsas yerlərdən birini kitab mağazaları tutur. Çünki kitab oxumaq vərdişini uşaqlara təkcə “Kitab oxumaq vacibdir” sözləri ilə aşılamaq olmaz. Hətta, bəzən uşağın yanında kitab oxumaq da bu iş üçün kifayət etməyə bilər. Valideynlə kitab mağazasına getmək üçün digər səbəblər isə bunlardır:

Ailem jurnali adlı şəxsin şəkli.

1) Kitabı öz zəhməti ilə əldə etdiyi üçün uşağı bu kitabı oxumağa məcbur etməyə ehtiyac qalmır.

2) Uşağın eyni vaxtda müxtəlif kitabları görməsi, həmçinin, müxtəlif oxucu kütləsi ilə tanış olması, onun kitaba olan diqqətini artırır.

3) Valideyn uşaq üçün yaxşı nümunə olur və uşaqda kitab oxumaq vərdişini formalaşdırmaq asanlaşır.

kitab

Burada diqqət yetirməli olduğumuz əsas məsələlərdən biri də ilk vaxtlar uşağa kitab seçməkdə sərbəstlik verməkdir. Təbii ki, valideyn uşağı istiqamətləndirmək üçün bəzi məsləhətlər verə bilər. Ancaq, nə olursa-olsun, bu, məsləhətdən kənara çıxmamalı və uşaqda asılılıq hissi oyatmamalıdır. Digər tərəfdən, uşaq özünə kitab seçdiyi kimi, valideyn də özünə kitab seçməlidir. Bununla yanaşı, evə getdikdən sonra kitabları birlikdə oxumaq və ya müzakirə etmək də çox vacibdir. Digər tərəfdən, uşağınıza kitab oxumaq vərdişini aşılamaq istəyirsinizsə, kitabı qurtardıqdan sonra yenidən kitab mağazasına getməli və ya bu işi müəyyən mərhələlərlə təkrar etməlisiniz.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir