Uşaq arabası bahalı avadanlıq olsa da uzun müddət istifadə olunur. Buna görə də onun seçimi uzun vaxt aparır. Həm uşağın yaşından, həm arabanın ümumi xüsusiyyətlərindən asılı olaraq bir çox araba növü mövcuddur.
Uşaq arabalarının olduqca zəngin növləri var: sadə, universal, hər yaşa uyğun, çətin konstruksiyalı. Beləliklə, uşaq arabasının növlərini, onu seçərkən nələrə diqqət edilməli olduğunuzu təqdim edirik.
Beşikli araba
Ən sadə araba növüdür. Içində sadəcə beşik olan şassi üzərində quraşdırılmış arabadır.
Gəzinti arabası
Bu araba artıq otura bilən uşaqlar üçün nəzərdə tutulub. Yay, qış fəsli üçün, universal, siyirmə üzlə ola bilər. Arabanın ən yaxşı xüsusiyyəti isə qatlana bilər olmasıdır. Bu valideynlərin işini çox asanlaşdırır.
Modul sistemli araba
Bu araba bir biri üzərinə quraşdırılmış beşik və gəzinti blokundan ibarətdir. Uşaq böyüdükdən sonra beşik arabadan çıxarılır və araba artıq yalnız gəzinti üçün istifadə olunur. Əlavə olaraq araba avtobeşik və avtooturacaqdan ibarət ola bilər.
Transformator araba
Bir çox xüsusiyyətinə görə bu araba modul sistemli arabaya bənzəyir. Fərglilik ondan ibarətdir ki gəzinti bloku daha çətin konstruksiyaya malikdir. Gəzinti bloku transformator arabasında qatlana, oturaq vəziyyətdən üfüqi vəziyyətə keçə bilir. Beşik bu arabada daha kiçik olur və adətən yalnız yay fəslində istifadə olunur.
Texniki xüsusiyyətlər
Uşaq arabası seçərkən bunlara diqqət yetirmək lazımdır:
- Uşağı arabada gəzdirəcək birinin boyu. Bundan asılı olaraq tutunacaq hündürlüyü seçilir və ya dartılan tutunacaqlı araba alınır.
- Arabanın ölçüləri. Beşik özünlükdə qatlana bilməsə də, onun müxtəlif ölçüləri olur. Elə modellər olur ki hətta liftə belə yerləşmir. Gəzinti bloklu arabalar isə qatlana bildiyndən daşınmada o qədər də çox problem yaratmır.
- Arabanın çəkisi. Adətən uşağı arabada ya ana, ya da nənə gəzdirir. Buna görə çalışmaq lazımdır ki arabanın çəkisi o qədər də ağır olmasın.
- Təkərlər arası məsafə. Bu xüsusiyyətə yer altı keçiddən mütəmadi istifadə edən insanlar diqqət etməlidir. Burada olan xüsusi relsi bölgənin məsafəsinə uyğun gələn araba seçilərsə arabanın daşınması daha rahat olar.
- Təkərin növü. Hava ilə doldurulmuş iri təkərlər “dərə-təpə” yolu ilə araba daşıyan insanlar üçün daha uyğundur. Həmçinin belə təkərlərə mütəmadi qulluq lazım olur. Plastik təkərlər daha dəvamlı olsa da belə təkərli arabanı yalnız düz asfaltlı yolda daşımaq olur. Hər iki hala düz gələn təkər növü isə köpüklə doldurulmuş rezin təkərlərdir.
Komplektləşdirmə
Avtomobildə tez-tez daşınan uşaq üçün avtooturacaqlı araba almaq tövsiyə olunur. Uşağın tam təhlükəsizliyi üçün avtooturacağı diqqətlə seçmək lazımdır. Uşaq arabası tez çirkləndiyinə görə beşik örtüsü dəyişə bilən və paltaryuyan maşında yuyula bilən olmalıdır. Yağışdan qoruyan plyonka və həşəratdan qoruyan toru müstəqil olaraq düzəltmək olsa da, arabanın ümumi komplektasiyasına daxil olan plyonka və tor əldə etmək tövsiyə olunur. Arabada uşağı nahamar yolun vibrasiyasından qorumaq üçün xüsusi amortizatorlar olmalıdır. Pedalla idarə olunan araba yerinə əl ilə idarə olunan araba əldə etmək daha məsləhətlidir.