Barmaq əmmək zərərsiz bir davranış olaraq demək olar ki, bütün uşaqlarda rast gəlinir. Yeni doğulan körpələr barmaq əmməyi ana bətnində olarkən öyrənirlər. Bəzi körpələr ilk dəfə diş çıxaranda, ya da sıxıntılı bir halda barmaqlarını əmərlər.
Bəs belə halda analar nə etməlidir?
İlk əvvəl valideynlər barmaq əmməyin zərərsiz bir davranış olduğunu unutmamalıdır. Uşağın bu vərdişindən əl çəkməsi üçün onu döyməkdə, ya da “barmağını çıxart ağzından!”, – deyə üzərinə qışqırmaqda heç bir fayda yoxdur. Mütəmadi şəkildə barmaq əmmək psixoloji problemlə də bağlı ola bilər. Uşağınızda bu vərdişi tərgitmək istəyirsinizsə, səbrlə və təlaşlanmadan davranın. Bundan başqa bu hərəkətin “balaca uşaq” hərəkəti olduğunu, onun artıq böyüdüyünü anlaya biləcəyi bir dillə başa salsanız, problemdən qurtulmuş ola bilərsiniz.