Tabe olmur, qışqırır, özünü yerə atır… “Yox” ən çox istifadə etdiyi sözdür… 2-6 yaş arası uşaqlarda daha çox rast gəlinən “inadkarlıq”, valideynlər üçün olduqca çətin olur. Bu, qavrayışın formalaşmasının normal bir hissəsidir. uşağın əsəbiləşərək dediklərini etməyə çalışmasının onun inkişaf prosesinin sağlam getdiyinin göstəricisidir.
1) Həddindən artıq avtoritar davranışınız vardırsa
Araşdırmalar göstərib ki, həddindən artıq avtoritar tərbiyə tərzinə malik olan valideynlərin övladları buna qarşı daha inadkarlıq nümayiş etdirirlər. Nə etməli? Unutmayın ki, 2-6 yaşlı uşaqlarda inadkarlıq inkişaf prosesinin normal bir hissəsidir.
2) Davamlı olaraq uşağı məcbur edirsinizsə
Uşağın heç bir izahat vermədən “yox” deməyiniz onun inadkar olmasına səbəb ola bilər.
3) İstədiyi hərşeydən “Yox” demək
İnadkarlıq probleminə səbəb ola biləcək digər mühüm amil isə uşağın hər istəyinə “yox” cavabı ilə qarşılaşmasıdır. Çünki uşaqların ən çox ehtiyac duyduqları qəbul və sevgi hissidir.
4) Sizin diqqətinizə ehtiyac duyarsa.
Bəzən uşaqlar valideynlərindən lazım olan diqqəti görmədikdə, əsəbi və inadkar ola və bu diqqəti cəlb etməyə çalışa bilərlər. Nə etməli? Nə qədər məşğul olsanız da, onunla səmərəli vaxt keçirməyə diqqət edin.
5) Əgər evdə qaydalar dəqiq deyildirsə
Bir günlük icazənin ertəsi gün “yox” deyildiyi hallarda, uşaqlar daha da inadkar olmağa başlayırlar. Nə etməli? Qaydalarınız aydın olmalıdır və uşağınız üçün mənasız olmamalıdır.
6) Əgər valideynləri olaraq fərqli tutumlar göstərirsəniz
Ananın “hə” dediyi zaman ata “yox” deyirsə və ya ata ananın “hə” deməsinə mənfi reaksiya verirsə, uşaqlar çaş-baş qalır və nəticədə inadkar ola bilərlər. Nə etməli? Bir valideyn olaraq eyni nəticəyə gəlməlisiniz.
Zümrüd Haqverdiyeva
“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu